Stephen Perse Foundation (Senior School)

    • Cambridge, United Kingdom

    • 1881-cı ildə təsis edilib

    • Təhsil haqqı: illik £22,040

    • Top 18 in the UK

Məktəb haqqında

Stephen Perse Foundation - Böyük Britaniyada yerləşən, 1-18 yaş arası şagirdlər üçün nəzərdə tutulmuş müstəqil məktəblər ailəsidir. Məktəb ömür boyu öyrənmə sevgisinin əsaslarını qoyaraq, valideynlərlə yaxından işləyir və hər bir uşağın ətrafdakı dünyanı kəşf etdikləri zaman təcrübələrini paylaşır. Şagirdlər oyun yolu ilə öyrənərək müstəqil, yaradıcı təhsil səyahətinə ən kiçik yaşlardan başlayır. Stephen Perse Foundation (Senior School) yalnız imtahanlarda yüksək qiymətlər alan uşaqları yetişdirmir, gəncləri daim dəyişən bir dünyada müstəqil düşünən fərd kimi hazırlayır.

 

Məktəbin tədris proqramını həqiqi həyat təcrübələri formalaşdırır. Stephen Perse Foundation qlobal bir baxış nümayiş etdirərək həm yerli cəmiyyətimizdə, həm də qlobal rəqəmsal məlumatlandırma yolu ilə gəncləri maarifləndirmək üçün dünya təcrübələrindən yararlanır. Reytinq cədvəlləri ilə ölçülməyən tək şey buradakı şagirdlərə verilən səssiz inamdır və məktəbin akademik gözləntiləri xoşbəxt, yaradıcı bir mühitlə necə tarazlaşdırmasıdır.

Tərkibindəki məktəblər

Stephen Perse Foundation (Senior School) - Cambridge, Saffron Walden, Madingley şəhərlərində yerləşən məktəbləri:

  • Nursery & Early Years (1- 5 yaş arası)
  • Junior School - Dame Bradbury's (5-11yaş arası)
  • Junior School - Rosedale House (5-11yaş arası)
  • Senior School (11- 16 yaş arası)
  • Sixth Form (16-18 yaş arası)

Təhsil prinsipləri

Stephen Perse Foundation Böyük Britaniya, ətrafındakı 2.000 məktəbin siyahısında TOP 18-də yer alır. Qiymətləndirmə GCSE və A Level nəticələrinə əsaslanır. Məktəbdə fransız, ispan, alman, mandarin, rus dilləri də tədris olunur. Tədris proqramlarını fərqləndirən cəhət gəncləri müstəqil, analitik, məntiqi, yaradıcı və xəyali şəkildə düşünməyə təşviq edilməsidir. Məktəb üçün vacib olan prinsiplər:

  • Fərdi yanaşma və hər uşağın misilsiz potensialı
  • Tədrisdə mükəmməllik və yaradıcılıq
  • Şəxsi və sosial məsuliyyəti təşviq etmək
  • Dinamik bir mühit yaratmaqla öyrənməni inkişaf etdirmək
  • Qlobal bir baxış vasitəsi ilə fürsət dünyasına qoşulma

Semestrlar

Payız semestri

Tarix: 6 sentyabr 2021 Bazar ertəsi günü başlayır - 10 dekabr 2021 Cümə günü bitir

Qış semestri

Tarix: 6 yanvar 2022 Cümə axşamı başlayır - 31 Mart 2022 Cümə axşamı günü bitir

Yaz semestri

Tarix: 19 Aprel 2022 Çərşənbə axşamı başlayır - 7 iyul 2022 Cümə axşamı günü biti

Ünvan

Union Rd, Cambridge CB2 1HF, United Kingdom

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər