Yaş: 2-18
Proqramlar: A-level, IB, GCSE,birillik GCSE , məktəb-pansionda oxumaq üçün hazırlıq kursu, yay kursları.
Yerləşmə: Taunton ,South West England
Təhsil haqqı: semestrlik £3855 – 11 500
1847-ci ildə əsası qoyulmuş məktəb mənzərəli qədim binalarla yanaşı, müasir avadanlıqla da təchiz olunmuşdur. Belə ki, burada iki üzgüçülük hovuzu, fitnes mərkəzi, teatr, musiqi məktəbi, geniş kitabxana, yaxşı təchiz olunmuş art-studiya və ən yeni kompüter otaqları var. Taunton məktəbinin məzunları Oksford və Kembric də daxil olmaqla ölkənin aparıcı universitetlərinə daxil olurlar. A-level proqramına əlavə olaraq, burada çox məşhur IB kursu təklif olunur.
Məktəbə bir ərazidə yerləşən bir neçə korpus daxildir. Bu, Taunton hazırlıq məktəbi, orta beynəlxalq məktəbləridir.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.