Yaş: 13-18
Proqramlar: A-level, 3-illik A-level proqramı, Extended Project, GCSE, iGCSE, GCSE`ə hazırlıq
Yerləşmə: Woodbridge şəhəri, Sussex qraflığı / Böyük Britaniya
Təhsil haqqı: semestrlik 10697£`dan başlayır
Məktəbin güclü tərəfi şagirdlərin musiqi təhsilidir. Bu sahədə məktəb bütün Böyük Britaniyada ən inkişaf etmiş məktəblərdən biridir. Burada peşəkar səviyyədə məhsuldar məşğələlər üçün hər cür şərait yaradılıb, müntəzəm konsertlər və qastrollar təşkil olunur.
Lakin əsas tədris planı üzrə tələbələrin akademik nəticələri də çox yüksəkdir. Hər il məktəb məzunları ölkənin və dünyanın ən nüfuzlu və üst universitetlərinə qəbul olurlar.
Xarici şagirdlər üçün intensiv ingilis dili proqramı EAL(ingilis dili xarici dil kimi) təklif olunur – istəkdən asılı olaraq onlar İGCSE səviyyəsində İngilis dili imtahanlarını verə bilərlər.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.