Kampus Londondan təxminən 3,5 saatlıq məsafədə, Şropşir qraflığında, kiçik Vellinqton şəhərində yerləşir. Bu məktəb Sir John Bailey, məşhur xeyriyyəçi və mesenat tərəfindən 1880-ci ildə təsis edilib.
Dünyanın hər yerindən olan tələbələr akademik hazırlığın yüksək səviyyəsini qiymətləndirir və onlara Kembric və Oksford da daxil olmaqla, ən nüfuzlu və reytinqli ali məktəblərə daxil olmağa imkan verir. Məktəbdə akademik hazırlıq GCSE və A-level illik imtahanlarında yüksək səviyyədə olduğunu əyani şəkildə nümayiş etdirir. Belə ki, 2013-cü ildə GCSE səviyyəsində şagirdlərin 87% - i A* dan C-ə qədər yüksək bal alıb və 31%-i maksimum A*-A qiymətini alıblar. Məzunların 87% - i A- level imtahanlarında yüksək ballar alıb.
2011-ci ildə Independent Schools Inspectorate (ısı) - in son yoxlamasının məlumatına görə, kollec bütün əsas parametrlər və göstəricilər üzrə, müasir avadanlıq səviyyəsini və uşaqlar üçün gözəl, xeyirxah, rahat bir mühit nümayiş etdirdiyinə görə əla qiymətlər aldı.
Yaş: 11-18
Proqramlar: A-level,birillik A-level, GCSE, birillik GCSE, iGCSE, məktəb-pansiona qəbul üçün hazırlıq
Yerləşmə: Wellington şəhəri, Shropshire qraflığı / Böyük Britaniya
Təhsil haqqı: semestrlik £9540 – 11 170
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.