Nankai University Çinin ilk özəl ali məktəbidir. QS World University Rankings və ARWU 2014-ün məlumatlarına əsasən isə dünyanın ən yaxşı 400 universitetindən biri hesab olunur.
Nankai University kimya sahəsində dünyanın Top 100, riyaziyyat sahəsində isə Top 200 universitetindən biri hesab olunur. (ARWU 2014)
Çin Xalq Respublikasının ilk baş naziri Çjou Enlay, riyaziyyatçı Çjen Şenşen, XX əsrin ən böyük çinli dramaturqu Çao Yuy, şair Mu Dan və tarixçi Xuan Jenyuy bu universitetdə təhsil alıblar.
Nankai University 1919-cu ildə pedaqoqlar Çjan Bolin və Yan Fansun tərəfindən qurulub. Başlanğıcda sadəcə 3 fakültə və 96 tələbəsi olan universitetdə indi 214 professor və 805 dosent dərs deyir. Hazırda 10%-i əcnəbi olan universitetin toplam 24 min tələbəsi var.
Nankai University 80 müxtəlif bakalavr və 231 magistr proqramı təklif edir. Tələbələrin sayı 3.5 milyondan çox olan universitet kitabxanasından istifadə etmə imkanları mövcuddur.
Nankai universitetində biznes, iqtisadiyyat, Çin dili və mədəniyyəti, ədəbiyyat, tarix, kompüter texnologiyaları, hüquq, fizika, kimya və digər ixtisaslar üzrə bakalavr və ya magistr proqramından istifadə edə bilərsiniz.
* Qiymət seçdiyiniz proqram və istiqamətdən asılı olaraq dəyişə bilər
* Tələblər seçdiyiniz proqram və istiqamətdən asılı olaraq dəyişə bilər
94 Weijin Rd
Nankai
Tianjin
China 300071
Universitet ilə Tyantszin aeroportu arasındakı məsafə avtomobil ilə 35 dəqiqə, metro ilə isə 1 saat 20 dəqiqə çəkir.
Tyantszin Çinin ən böyük üç şəhərindən biridir. Kampusun sahəsi 1.6 min kvadratmetrdir. Yeməkxana, kitabxana, yataqxana, idman obyektləri və təhsil müəssisi məhz bir yerdə yerləşir.
Əcnəbi tələbələr kampusun daxilində ayrı otaqlarda qalırlar. Bütün otaqlarda lazım olan mebellər (Stol, stul, qarderob, yataq və s) və müxtəlif əşyalar (TV, telefon, qızdırıcı, kondisioner) mövcuddur. İsti su və internet 24 saat mövcuddur. Camaşırxana isə ortaq fəaliyət göstərir. Binada həmçinin ATM və bir dükan da xidmət göstərir. Pullu olaraq isə çap və faks maşınlarından istifadə edə bilərsiniz.
Kampusda yerləşmə
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.