University of Twente

    • Enschede, Netherlands
    • 1961-ci ildə təsis edilib
    • Avropa ölkələri üzrə TOP 25-ci yerdədir
    • İllik təhsil haqqı: 12,688 -17,302 USD

Universitet haqqında

Hollandiyanın fantastik universitetlərindən biri olan University of Twente’ni fərqləndirən cəhət tədris və öyrənməyə fərqli yanaşmasıdır. Bənzərsiz Twente Təhsil Modeli oxumağı daha təsirli və çox daha əyləncəli hala gətirir. Dünyanın 18.000 universiteti arasında Twente University’nin reytinqi çox yüksəkdir. Akademik mükəmməllik rekordunu öz əlində uzun illərdir saxlayan universitet, THES tərəfindən üst-üstə 6 ildir ki, tədqiqat universitetləri arasında liderdir. Bununla yanaşı 2001-ci ilin aprelində, Avropa ali məktəblərinin arasında texnologiya lideri statusunu doğrultmuşdur.

Universitet Hollandiyada bakalavr üçün Ən Yaxşı Texniki Universiteti kimi qiymətləndirilir. Twente University-də TeleTOP internet əsaslı tədris prosesi həyata keçirilir. Onlayn giriş vasitəsilə tədris materialları, maarifləndirici multimedia proqramları, kurs işləri, tədris planları və cədvəllərin bütün spektri təmin edilir. TeleTOP layihəsi o qədər uğurlu oldu k, hətta başqa universitetlər və ticarət təşkilatları üçün kommersiya fəaliyyəti həyata keçiririr.

Tədris

 

Twente University tələbələrə birinci elmi dərəcə üzrə 24 və magistratura üzrə 31 tədris proqramı təklif edilir.

BMS (Behavioural, Management & Social Sciences)

Bachelor programmes
Communication Science
Educational Science and Technology
International Business Administration
Management, Society & Technology
Psychology
 

Master programmes


Business Administration
Communication Science
Educational Science and Technology
European Studies (incl. Double Diploma)
Leraar VHO Maatschappijleer en Maatschappijwetenschappen

 

Bachelor programmes ET (Engineering Technology)

Civil Engineering
Industrial Design Engineering
Mechanical Engineering

 

Master programmes


Civil Engineering and Management
Construction Management and Engineering
Industrial Design Engineering
Mechanical Engineering
Sustainable Energy Technology

Kampus

 

Universitetin kampusunda oxumaq, işləmək və yaşamaq üçün lazım olan hər şeyi tapa bilərsiniz. Kitabxanalardan, ən müasir laboratoriyalara, fitness və idman obyektlərindən əyləncə zallarına qədər hər şəy tələbələrin rifahı üçün hazırlanmışdır. Universitet şəhərciyinin münasib yerləşməsi sayəsində Twente University simsiz rabitə texnologiyasının tətbiqi üçün mükəmməl imkan yaradır.

 

Proqram və xərclər (illik):

Bakalavriat:

  • Təhsil haqqı: 12,688 $
  • Yaşayış xərcləri: 17,000$ - 20,000$

Мagistratura:

  • Təhsil haqqı: 17,302 $
  • Yaşayış xərcləri: 17,000$ - 20,000$

Giriş tələbləri

Dil bilikləri:

Bakalavriat:

  • IELTS 6,0-6.5
  • TOEFL iBT 75

Magistratura:

  • IELTS 6.5-7.0
  • TOEFL iBT 95

Sənədlər:

  • 3 tövsiyə məktubu
  • Akademik esse
  • Motivasiya məktubu
  • CV / Resume
  • Transkriptlər

Ünvan

Drienerlolaan 5, 7522 NB Enschede, Netherlands

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər