Proqram klassik ingilis dili kurslarından fərqlənir. İntensiv ingilis dili dərslərindən sonra şagirdlərə Dublin daxilində ekskursiya və müxtəlif əyləncə tədbirləri təklif olunur.
Ailə yanında qalanlar 2, iqamətgahlarda qalanlar isə 7 axşam proqramlarına qoşulurlar.
Proqram müddəti ərzində həftədə 1 dəfə olmaqla müxtəlif yerlərə gəzinti planlaşdırılır.
Məktəb İrlandiya paytaxtı olan Dublin şəhərində yerləşir.
Yaşayış yeri seçiminə əsasən şagirdlər İrlandiyanın ən qədim universiteti olan - Trinity Kollecində dərs keçirlər.
Ailə yanında qalan şagirdlər isə Milltown Park dil mərkəzində təhsil alırlar.
Emerald Cultural Institute 30 il əvvəl qurulub və 60-dan çox ölkədən olan şagird və tələbələri qəbul edir. IALC və Quality English üzvü olan məktəb, Quality and Qualification Ireland for English Language Teaching tərəfindən tanınan EAQUALS tərəfindən akkreditə olunmuşdur.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.