Proqram ingilis dili öyrənmək və İrlandiyanın tarix və mədəniyyəti ilə tanış olmaq istəyən tələbələr üçün uyğundur.
Tədris iki versiyada - standart (həftədə 15 saat ingilis dili dərsi) və intensiv (həftədə 20 saat ingilis dili dərsi) olaraq aparılır.
Proqram müddəti ərzində həftədə 1 dəfə olmaqla müxtəlif yerlərə gəzinti planlaşdırılır.
Şagirdlər ev sahibi olan ailələrlə birlikdə və ya Dublindəki təhsil müəssisələrinin ərazisindəki yaşayış yerlərində qalırlar.
Emerald Cultural Institute 30 il əvvəl qurulub və 60-dan çox ölkədən olan şagird və tələbələri qəbul edir. IALC və Quality English üzvü olan məktəb, Quality and Qualification Ireland for English Language Teaching tərəfindən tanınan EAQUALS tərəfindən akkreditə olunmuşdur.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.