International School of Milan (ISM) 30 özəl və 5 dil mərkəzini özündə birləşdirən Inspired qurumuna daxildir. ISM 1958-ci ildə qurulub və şəhərin ən qədim beynəlxalq məktəbidir.
Məktəbin tədris proqramı IB standartlarına əsaslanır.
International School of Milan kampusu şəhərin ən böyük kampusudur. 2018-ci ilin sentyabrında əcnəbi şagirdlər üçün yen iqamətgah açılacaq.
Şagirdlər Middle Years Programme (MYP) ilə təhsil alırlar. Dərslər şagirdlərin təhsil, yaradıcılıq və ünsiyyət bacarıqlarını inkişaf etdirməyi nəzərdə tutur. Hər həftə biri 50 dəqiqədən olmaqla 35 dərs saatından ibarətdir. Əlavə 2 saat isə fərdi dərs seçimləri və kitabxanada işləmək üçündür.
Şagirdlər 12 və 13-cü siniflərdə IB proqramına qoşularaq universitet hazırlığına başlaya bilərlər. IB diplomu dünyanın əksər universitetlərində tanınmaqdadır.
Via 1° Maggio, 20 - 20021 Baranzate (MI), İtaliya
Məktəb Milanın 10 kilometr şimal-qərbindəki Baranzate şəhərində yerləşir. Avtomobil ilə yol yarım saatdan artıq olmayacaqdır. Ən yaxın hava limanı Linate isə 30 kilometr uzaqlıqdadır.
Kampusun ərazisində sinif otaqları, üç kitabxana, elmi tədqiqat və proqramlaşdırma üçün təchiz edilmiş laboratoriyalar, 350 nəfərlik bir teatr, mətbəx və yeməkxana, idmanla məşğul olmaq üçün meydançalar mövcuddur.
Dərslərdən sonra şagirdlər öz bacarıqlarını inkişaf etdirə bilmələri üçün əlavə məşğələlərə qatılmaq imkanına sahibdirlər.
Məktəb sağlamlıq, rifah, motivasiya və şagirdlərin özünə inamını inkişaf etdirməsi üçün komanda və fərdi idman növlərini təklif edir. Ən fəal idmançılar milli və beynəlxalq səviyyəli yarışlarda iştirak edirlər.
Məktəbin ərazisində çoxfunksiyalı idman zalı, qapalı hovuz və hər cür idman fəaliyyəti üçün açıq meydança mövcuddur.
2018-ci ilin sentyabrda kampusda 50 şagird üçün yeni yerin açılışı oldu. Həmin yerdə üzgüçülük hovuzu, sinif otaqları və rahat yaşayış üçün əlverişli olan hər şey mövcuddur.
Məktəbin konsultasiya qrupu şagirdlərə gələcək peşələrinə qərar verməkdə və universitet seçimində kömək edirlər. Məzunların 50dən çoxu Böyük Britaniyadakı ən yaxşı universitetlərə daxil olur, 33%i isə ümumilikdə biznes və iqtisadiyyat fakültələrini seçirlər.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.