St. Louis School Milanın aparıcı özəl məktəblərindən biridir. Təhsil müəssisəsi dünya səviyyəsində təhsil vəd edir, şagirdlər burada fərdi qabiliyyətlərini inkişaf etdirir və müstəqil həyat üçün yetişdirilirlər.
St. Louis School 2017-ci ildə IB imtahanlarının nəticələrinə görə Avropada ən yaxşı, dünyanın isə ən yaxşı 10 təhsil ocağından biri hesab olunur.
Lisey proqramı iki mərhələdən ibarətdir: IGCSE (14-16 yaşlılar üçün) və IB Diploma (16-18 yaşlılar üçün)
IGCSE (The International General Certificate of Secondary Education) - şagirdlər üçün orta mətəbi-liseyi bitirmək haqda sertifikatdır. IGCSE şagirdi IB Diploma proqramına hazırlayır və bundan sonra dünyanın ən yaxşı universitetlərinə müraciət etmək mümkündür.
Via Marcantonio Colonna 24, Milan
Məktəbin Milanın mərkəzində yerləşən iki kampusu var. Ətrafı şəhərin ən italyan küçələri, parkları ilə çevrilidir.
St. Louis School rahat tədris üçün tamamilə yenilənmiş köhnə bir binada yerləşir. Klassik siniflərə əlavə olaraq, təbiət elmləri və kompüter laboratoriyaları, kitabxana, teatr zalı, incəsənət studiyası və müxtəlif idman qurğuları mövcuddur.
Tədris proqramına həm də uşaqların bacarıqlarını ön plana çıxara bilmələri üçün əlavə məşğələlər daxildir.
Əlavə dərs və məşğələlər bazar ertəsindən cüməyə qədər nahar fasilələrində və ya məktəbdən sonra keçirilir.
St. Louis School müəllimləri şagirdlərinə fleyta, saksafon, zərb alətləri, fortepiano, skripka, gitara və klarnetdə ifa etməyi öyrədirlər.
Bədən tərbiyəsinə xüsusi diqqət yetirilir. Uşaqlar məktəbdən sonra, həftə sonları və nahar fasiləsi zamanı müxtəlif idman növləri ilə məşğul olurlar.
Məktəb 14-18 yaş arası şagirdləri üçün 40 nəfərlik yerlər təşkil edir. Qızlar və oğlanlar eyni binada, amma fərqli otaqlarda qalmaq imkanına sahibdirlər.
Mənzillər məktəblə 5 km məsafədə yerləşir.
Həftə sonu uşaqlar birlikdə idmanla məşğul olur, ekskursiyaya çıxır və gəzirlər.
Məktəbin məzunları ABŞ, İngiltərə, İtaliya və digər ölkələrdəki dünya səviyyəli universitetlərə qəbul olunurlar:
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.