St Louis School, Milan

    - Milan, Italy
    - 1996-cü ildə təsis edilib
    - Təhsil haqqı € 11 370 - € 21 210 +

Məktəb haqqında

St Louis School, Milan beynəlxalq cəmiyyətinin möhkəm təməlləri üzərində qurulmuş ən güclü akademik standartlara sahib bir məktəbdir. Məktəbin tədris proqramının mərkəzində, İngilis Milli Kurikulumunun uğurlu bir modeli dayanır. İtalyan Tədris Planı ilə qarışan, Beynəlxalq GCSE-lərə və nəhayət, Beynəlxalq Bakalavr Diplom Proqramına əsaslanan tədris metodları dünya standartlarına tam cavab verir. Tələbələrin IB Diplomu qazandıqları St Louis School-u Avropada bir nömrəli məktəb olaraq qəbul edilir.

Məktəbin şüarı ‘mükəmməl olanı ələ keçirmək’ kimi tərcümə edə biləcəyimiz “Carpe Magnificentiam” dı. Bu asan məsələ deyil. Mükəmməl təhsilin şagirdlərin gələcəyi üçün əsil fürsət olduğunu məktəb rəhbərliyi çox yaxşı bilir və bunun üçün əllərindən gələn hər şeyi edirlər. 25 il ərzində yüksək keyfiyyətli təhsil nüfuzunu inkişaf etdirən, 3 kampus 1500 tələbədən ibarət olan St Louis School, Milan üç yaşından on səkkiz yaşına kimi uşaqları qəbul edir. Buranı bitirən hər bir yeniyetmə daha sonra dünya səviyyəli universitetlərə asanlıqla qəbul alırlar.

Kampus

St Louis School, Milan 3 kampusda dərsləri həyata keçirir:

Archinto Kampusu - (10-13-cü siniflər)

Caviglia Kampusu - (Məktəbəqədər - 9-cu sinif)

Colonna Kampusu - (Məktəbəqədər - 9-cu sinif)

Tədris

Milanın qəlbində yerləşən St. Louis Liseyi, Cambridge Beynəlxalq İmtahan Mərkəzi və IB Dünya Məktəbidir. Məktəb proqramı 10 və 11-ci siniflər üçün Beynəlxalq GCSE (IGCSE) imtahanlarını və 12 və 13-cü siniflər üçün Beynəlxalq Bakalavr Diplomunu (IB) əhatə edən 4 ili əhatə edir. IGCSE proqramı IB Diplom proqramını öyrənmək üçün möhkəm akademik əsaslar yaradır. IGCSE və IB Diplomu dünyanın 100-dən çox ölkəsində məktəblər tərəfindən istifadə olunur, İngiltərə, ABŞ, İtaliya və dünyanın universitetləri tərəfindən tanınır. Cambridge IGCSE proqramı uşaqlarınızın öyrənməsi zəruri olan nəzəriyyə elementlərini, müəyyən araşdırma proqramlarını və müəyyən sahələrdə praktiki işləri əhatə edir. Yüksək qiymətlər əldə etmək üçün şagirdlər oxuma və yazma bacarıqlarını nümayiş etdirməlidirlər. Burada tələbələr doqquz IGCSE kursu keçirlər. Tədris olunan dillər - English, Italian, French, Spanish, Mandarin Chinese,Greek, Latin, German

 

 

Infant School balaca uşaqlar üçün evdən kənarda olmağı, müstəqil şəkildə və qrup şəklində çalışmağı, gündəlik və qaydaların vacibliyini anlamalarını öyrəndiyi xoşbəxt və həyəcanverici bir mühit təqdim edir. Akademik proqram British National Curriculum-na əsaslanır və fərdi, sosial, emosional inkişaf, eləcə də yaradıcı inkişaf, dünyanı bilmək və anlamaq, ünsiyyət və dil, problem həll etmə, mülahizə və sayma ətrafında qurulmuşdur.

Məktəbin tədris proqramı

  • Mütəxəssislərlə musiqi və bədən tərbiyəsi dərsləri

  • Üzgüçülük dərsləri

  • Muzeylərə, teatra, ekskursiyalar

  • Sinifdən kənar fəaliyyətlər

 

 

Ən əsası, bütün məktəb proqramı uşaqların öyrənmə təcrübələrini zənginləşdirir və müasir dünya üçün zəruri olan akademik, sosial, dil və texnoloji vasitələrlə təmin edir. Uşaqlar İngilis məktəblərində istifadə edildiyi kimi testlərdən istifadə edərək qiymətləndirilir. İtalyan Kurikulumu şagirdlərə btidai məktəbdə öyrədilir. İtaliyada danışıq səviyyələri qiymətləndirilir və anadili olmayanlara “İtalyanca əlavə dil kimi” tədrisi edilir. Hər sinif ayrıca il ərzində mütəxəssis incəsənət müəllimləri ilə bir sənət layihəsi üzərində işləmək fürsətinə sahib olur. İbtidai məktəbdəki heyət, İngilis və İtaliyada tədris təcrübəsi olan yüksək səviyyəli, ixtisaslı müəllimlərdən təşkil olunmuşdur. Burada işçilər müsbət, qayğıkeş və məqsədyönlü bir mühit yaratmaq üçün bir komanda şəklində sıx əməkdaşlıq edir.

Reytinq

St Louis School, 2017-ci il Beynəlxalq Bakalavr Diplom Proqramı test nəticələrinə və IB statistikasına əsasən dünyanın ən yaxşı IB məktəbləri arasında ilk onluqdadır. St Louis School, IB tələbələrinin yüzdə otuzu 40 bal və daha çox bal toplayaraq, dünyanın ən yaxşı IB tələbəsi sıralarında ilk 5% - ə daxil olmuşdur.

 

Yatılı məktəb

Boarding School - 2018-ci ilin sentyabr ayında açılan yatılı məktəb maksimum 50 tələbənin yerləşməsi üçün nəzərdə tutulub. 14 - 18 yaş arası tələbələr üçün nəzərdə tutulan boarding school müasir və stimullaşdırıcı yüksək standart təklif edən öyrənmə mühitinə sahibdir.

 

Ünvan

Via Enrico Caviglia,- 20139 Milan 
Via Marco Antonio Colonna, 24 - 20149 Milan 
Via Olmetto, 6 - 20123 Milan

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər