Albert College 12-18 yaşlı əcnəbi tələbələr üçün yay məktəbində üç həftəlik dil kursu təklif edir. Kiçik siniflərdə tədris müəllimlərə hər bir tələbəyə fərdi yanaşmasına imkan verir.
160 Dundas St W, Belleville, ON K8P 1A6
Məktəb 50 min əhalisi olan kiçik Belvil şəhərinin mərkəzində yerləşir. Torontodan məktəbə 2 saat ərzində çatmaq olar.
Kampus 10 hektarlıq yaşıllıq bir ərazini tutur. Burada təhsil binaları, kitabxana, idman salonu, oyun meydançaları var. Siniflər müasir kompüterlər və interaktiv lövhələrlə təchiz olunmuşdur.
Tələbələr Albert Kolleci kampusunda qalırlar. Tələbələr 2-3 nəfərlik geniş otaqlarda yaşayırlar. Mətbəx, idman zalı, televizor, 24 saat Wi-Fi imkanı var.
1857-ci ildə qurulan məktəb Kanadanın ən güclü akademik proqramlarından biri kimi tanınır. 2016-cı ildə məzunların 100%-i kollec və universitetlərə uğurla qəbul olunmuşdur.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.