Proqram Kanadadakı məktəb və ya universitetlərə daxil olmağı planlayan 12-18 yaş arası məktəblilər üçün nəzərdə tutulmuşdur.
3 həftəlik 6000 kanada dollarından başlayır
2735 Mt Baker Rd, Mill Bay, BC V0R 2P1, Kanada
Brentwood Kollec Məktəbi Viktoriya şəhərindən 40 kilometr uzaqlıqdakı Mill Bey kəndi yaxınlığında Vankuver adasının sahili ətrafında yerləşir. Viktoriya Beynəlxalq Hava Limanı avtomobillə bir saatlıq məsafədədir.
Dərslərdən sonra uşaqlar idman, yaradıcılıq, komanda yarışlarında iştirak edirlər. Əyləncə tədbirlərinin siyahısına diskoteka, barbekülər, viktorinalar və s. daxildir.
Üç həftə ərzində uşaqlar Viktoriya və Vankuverdəki çox sayda turistik yerləri ziyarət edəcəklər.
Tədris 9-12-ci siniflərin proqramına əsasən aparılır. Ötən il məzunların 87%-i Kanada, ABŞ, İngiltərə, Almaniya, Avstraliya, İsveçrə, Yeni Zelandiya və Fransanın universitetləri, o cümlədən Harvard Universiteti, St Andrews Universiteti, Massachusetts Texnologiya İnstitutu, Oxford Universiteti, Queen's Universitet, McGill Universiteti, Stanford Universiteti, British Columbia Universiteti kimi yerlərə daxil olublar.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.