Akademik Pathway Proqramı (bakalavr, dilpom, magistr və ya MBA) Kanadada kollec və ya universitetə qəbul olmaq istəyən tələbələr üçün lazım olan səviyyədə ingilis dili təhsili vermək üçün nəzərdə tutulmuşdur.
Kurs proqramı üç mərhələdən ibarətdir: əsas kurs (həftədə 26 dərs), seçməli (həftədə 4 dərs) və əlavə kurs (həftədə 8 dərs).
Proqramın müddəti ingilis dilinin ilkin səviyyəsindən asılı olaraq, fərdi şəkildə müəyyən edilir və 8 həftədən 1 akademik ilədək davam edə bilər.
Toronto şəhərindəki ILAC kampusu, şəhərin mərkəzində, metro stansiyasından bir neçə addımlıqda yerləşir. Məktəb, restoranlar, kino, kafe, ticarət mərkəzləri, muzeylər və Toronto Universiteti yaxınlıqda yerləşir.
Vankuverdəki ILAC kampusu şəhərin mərkəzində, alış-veriş mərkəzləri, restoranlar, kafelər, Simon Fraser Universiteti, Britaniya Kolumbiya Texnologiya İnstitutu ilə yerimə məsafəsində yerləşir.
Tələbələr ailə birgə qala bilər, kirayə mənzil götürə bilər və ya məktəb binasında qala bilərlər.
ILAC məktəbləri Kanadanın iki böyük şəhərində - Toronto və Vankuverdə yerləşir. Yaz tətillərində, ILAC dünyanın müxtəlif ölkələrindən olan tələbələr üçün dil düşərgələri təşkil edir. Study Travel Magazine versiyasına görə 2007-2011-ci illər arasıda Kanadada ən yaxşı dil məktəbi seçilib.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.