Stanstead Kollecində yay düşərgəsində əcnəbi tələbələr ingilis, ispan və fransız dilini öyrənə bilərlər. Kurs 11-16 yaş arası tələbələr üçün nəzərdə tutulmuşdur və üç fərqli dil səviyyəsinə uyğunlaşdırılır: Beginner, Intermediate və Advanced.
450 Rue Dufferin, Stanstead, QC J0B 3E0
Məktəb 3000 nəfər əhalisi olan Stansted şəhərində Kvebek əyalətində yerləşir. Kampus 240 hektar ərazini əhatə edir. Kampusdan saat yarıma Monreala çata bilərsiniz.
Tələbələr kampusda 4 müasir yaşayış binasında qalırlar. Kitabxana, kompüter otaqları, fitness mərkəzi, idman zalları, xokkey arenası, futbol və basketbol sahələri, tennis kortları, incəsənət və musiqi studiyası var. Yaşayış xərcləri təhsil haqqına daxildir.
Stanstead Kolleci 1872-ci ildən bəri tələbələrin ikinci evi halına gəlmişdir. Tələbələrin təxminən 40%-i əcnəbi tələbələrdir. Müəllimlər tələbələri yaradıcı və analitik düşünməyə, öz fikirlərini ifadə etməyə və müdafiə etməyə təşviq edirlər.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.