Lakefield Kollec Məktəbi Ontario-da aparıcı internat məktəblərindən biridir. Məktəb yenilikçi tədris və akademik müvəffəqiyyət ənənələri ilə qürur duyur.
Məktəbin məşhur məzunları arasında Toronto şəhər meri Devid Miller, siyasi partiyaların rəhbərləri, tanınmış jurnalistlər, yazıçılar və musiqiçilər var.
Tədris proqramı şagirdləri kollec və universitetlərə uğurlu qəbul üçün hazırlamaqdan ibarətdir.
Son 10 ildə dörd şagird Oxford Universitetində təhsil almaq üçün beynəlxalq Rhodes təqaüdünü almışdır.
4391 County Road 29, Lakefield Ontario K0L 2H0, Сanada
Lakefield Kollec Məktəbi Torontodan 1.5 saat məsafədə yerləşir. Məktəbin kampusu Katchewanooka Gölü sahilində 52 hektar ərazini əhatə edir.
Kampusun öz teatrı, böyük bir kitabxansıa və elmi laboratoriyası var.
Məktəbdə 11 yaşayış yeri var: 5 oğlan, 6 qız üçün. İki mərtəbəli evlərdə ailə mühiti hiss olunur. Şagirdlər bir-iki nəfərlik otaqlarda yaşayır, bayramları birlikdə qeyd edir və ekskursiyalara qoşulurlar.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.