Malayziya

Ölkə haqqında

Ekzotik Malayziya uzun illərdir ki, sadəcə istirahət üçün deyil, həm də ali təhsil müəssisələrində keyfiyyətli təhsil almaq üçün ideal bir ölkəyə çevrilir. Hazırda ölkədə beynəlxalq universitetlərin filialları açılmaqdadır. Bir neçə Malayziya universitetləri dünyanın ən yaxşı 500 universiteti siyahısında özünə yer tapa bilib (Shanghai Rating, 2014). Köhnə ingilis müstəmləkəsi olduğu üçün Britaniya təhsil sistemini mənimsəyən Malayziya ingilis dilində təhsil reytinqdə dünyada ilk beşlikdədir (IMD reytinqi, 2014-2015). Malayziya universitetlərində tədris dili yerli əhali tərəfindən biznes, iş dili olaraq qəbul edilən ingiliscə aparılır.

 

Perspektivlər

 

Malayziyada təhsil almaq azərbaycanlı tələbələr üçün yaxşı perspektivlər vəd edir. Beynəlxalq bir universitetdə təhsil aldıqdan sonra seçdiyiniz proqramdan asılı olaraq ABŞ, Avstraliya, Böyük Britaniyadakı universitetlərdə təhsilinizi davam etdirə bilərsiniz. Məzun olduqdan sonra Avropa ölkələrində prestijli bir işlə məşğul olmağa imkan verəcək beynəlxalq diplom verilir. Təhsil aldığı müddət ərzində tələbə həftədə 20 saat işləyə bilər, bir çox universitet ödənişli təcrübə keçməyi də təklif edir və məzunlara iş axtarışında yaxından kömək edir.

 

Qəbul və dil kursları

Malayziya universitetlərinə attestat ilə müraciət edə bilərsiniz. İngilis dilində imtahan da vermək lazımdır - IELTS və ya TOEFL. Həmçinin, universitetlər müraciət edənlər üçün əlavə tələblər irəli sürə bilərlər.

İngilis dili səviyyənizi qiymətləndirmək üçün Azeri Student şirkətində əvvəlcədən test imtahanından keçə bilərsiniz və əgər ingilis dili səviyyəniz qəbul üçün kifayət deyilsə, dil kurslarına müraciət edə bilərsiniz.

 

Üstünlükləri

Ekzotik bir ölkədə yaşamaq, yüksək səviyyədə təhsil almaq və gündəlik xərclərinizin aşağı olması əsas üstünlükdür.

Dünyanın aparıcı təhsil müəssisələri son 40 ildə Malayziyada öz filiallarını açırlar və tələbələr həmin universitetlərlə tələbə mübadiləsi proqramlarına rahatlıqla qoşula bilərlər.

Universistetlər tələbələrə part-time işləmək üçün fürsətlər yaradır və yeri gələndə təhsil xərclərinin bir qismini ödəyə bilmələrində əlavə şərait yaradır.

 

Reytinq

5 Malayziya universiteti dünya univiersitetlər reytinqində ən yaxşı 500 universitet siyahısına daxil edilib (QS World University Rankings 2015/2016). Malayziya universitetləri IT, mühəndislik sahələrində xüsusi olaraq ixtisaslaşıb.

 

Mütəxəssis köməyi

 

Azeri Student şirkəti Malayziyada təhsil almaq istəyən abituriyentlərə peşəkar konsultasiya xidməti göstərir. Mütəxəssislərimiz universitet üzərində qərar verməyə, təhsil proqramını seçməyə və bütün zəruri sənədləri hazırlamaqda sizə yaxından köməklik göstərəcəkdir.

 

Azeri Student konsultasiya xidməti

Şirkətin mütəxəssisləri Malayziyada ali təhsillə bağlı məsləhətləşmələr aparacaq, Malayziyanın ali məktəbləri haqqında müasir məlumatları təqdim edəcə, təhsil müəssisəsinə qəbulla bağlı köməklik göstərəcək, tələbə vizasını almaqda yardım edəcək və zərurət yarandıqda bir təhsil turu təşkil edəcəklər.

Malayziya xərcləri

Ali təhsil

  • Bir illik təhsil 3500-25300$ arasında dəyişir

 

Təhsil haqqı əsasən bunlara xərclənir:

  • Təhsil
  • Tədris materialları

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.