Limkokwing University

    • Saybercaya, Malayziya
    • 1991-ci ildə təsis edilib
       

Haqqında

Universitet 1991-ci ildə elə sonradan onun adını daşıyacağı Dr. Lim Kok Vinq tərəfindən qurulmuşdur. 1997-ci ildən etibarən əcnəbi tələbələrin qəbulu başlanmışdır. 2006-cı ildən bəri isə universitetin xarici ölkələrdə filialları açılmağa başlanmışdır. Hazırda sayları 12 olan filiallar: Malayziya, Borneo, Malakka, Cakarta, Bali, Kambociya, Çin, Botsvana, Lesoto, Syerra-Leone, Yəmək və Böyük Britaniya. Limkokwing University həm də ABŞ, İngiltərə, Yeni Zelandiya, Kanada və Çin universitetləri ilə əməkdaşlıq edir. Tələbələrin tərəfdaş universitetlərdən birində 1 və ya 2 semestr oxumaq imkanları da var. 

Ən müasir avadanlıqlarla təchiz edilmiş Rəqəmsal Yeniliklər Mərkəzi də universitetin daxilindədir. Sonuncu kurs tələbələrin həmin mərkəzin alətlərindən yararlanma imkanları vardır.
 

  • 165 ölkədən 30 000 tələbə
  • Beynəlxalq dəyərlədirmə olan QS Asian University Rankings-ə daxil edilib
  • Malayziya və ölkə xaricində 12 filial

 

Mənimlə əlaqə saxlayın

Mesaj göndərərkən, şəxsi məlumatların emalına razılıq verirsiniz. Məxfiliyi tam təmin edirik.

Tədris

Universitet IT, multimedia, dizayn, biznes, arxitektura və moda sahəsində təhsil təklif edir. UNESCO və Dünya Bankının çağırışı ilə universitet yenilikçi, müasir təhsil haqda təlimlər keçirir. Universitet kreativ media, kommunikasiya və PR, informasiya texnologiyaları, biznesin idarə edilməsi, memarlıq və tikintidə ixtisaslaşıb.

Təhsil müddətinin sonunda tələbələr staj dövrünə qədəm qoyurlar. Universitetin tərəfdaşı olan L'Oréal, Hewlett-Packard, Nestlé, Multimedia Development Corporation kimi böyük şirkətlər universitet tələbələri staj müddətindən sonra iş ilə təmin edə bilərlər.

Bütün proqramlar ingilis dilində tədris olunur.

 

Xarici tələbələr üçün təlim proqramları:

1. Qlobal sinif:

Universitetin tərəfdaş şirkətlərinə ediləcək 1 aylıq təlim-ekskursiya proqramı

1. İngilis dili kursları

Başlanğıc səviyyəsindən IELTS səviyyəsinə qədər 10 mərhələ

Populyar ixtisaslar

  • Biznes və iqtisadiyyat
  • İnformasiya texnologiyaları
  • Multimedia
  • Universitetə hazırlıq

 

Proqramlar

  • Universitetə hazırlıq
  • Bakalavr proqramı
  • Magist, aspirantura və MBA
  • İngilis dili kursları

Giriş tələbləri

  • Attestat/bakalavr diplomu
  • IELTS/ TOEFL

Ünvan

Inovasi 1-1

Jalan Teknokrat 1/1

63000 Cyberjaya

Selangor

Malaysia

Limkokwing University Malayziyanın "Silikon Vadisi" ləqəbli şəhərində yerləşir. Burada dünyanın ən müasir və yenilikçi şirkətləri cəmləşib. Saybercayada BM, Fujitsu, Dell, Ericsson, AMD, HP, BMW və digər nəhəng şirkətlərin ofisləri var. Şəhər ümumiyyətlə 1997-ci ildə Malayziyanın xüsusi iqtisadi zonası və texnoloji sahəsi kimi qurulmağa başlanıb.

Ən yaxın hava limanı - Kuala Lumpur International Airport (KLIA)

Tələbə həyatı

Universitet şəhərciyi 1 və 2 nəfərlik otaqlar təklif edir. Səhər yeməyi, idman zalı və internet kampus xərclərinizə daxildir. Kampusda həmçinin yeməkxana, klinika, üzgüçülük hovuzu və təhlükəsizlik xidməti var.

Yeməklər və gündəlik xərclər daxil olmaqla təxmini aylıq xərc 400-500 $ təşkil edir.

İkinci daha bahalı olan seçim isə Eagle Nest Ville tələbə otel kompleksidir.

  • tələbə yataqxanası
  • otel kompleksi
  • 1-2 nəfərlik otaqlar

Qalareya

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.