The Asia Pacific University of Technology & Innovation (APU)

    • Kuala-Lumpur, Malayziya
    • 1993-cü ildə təsis edilib

Haqqında

Layihənin üzvü Multimedia Super Corridor-dur (Malayziyanın inkişaf etmiş iqtisadi zonası, Silikon vadisi) Burada universitet və tədqiqat mərkəzləri ilə yanaşı icrosoft, Oracle, Fujitsu, NTT, Sun Microsystems, Ericsson, Compaq şirkətləri də yerləşir.

Universitet Malayziyanın ən böyük təhsil qrupu olan APIIT Education Group-a daxildir.

İnformasiya texnologiyaları, media, biznes və mühəndislik sahələrində ixtisaslara üstünlük verilir. Universitetin Hindistan, Şri Lanka və Pakistanda filialları açılır.

2011-ci ildən etibarən Malayziya Təhsil Nazirliyinin hesablamalarına əsasən ölkə universitetləri arasında ən yüksək reytinqi (5 TIER) alıb.

  • 110 ölkədən 11000 tələbə
  • Staffordshire University (UK) ilə ortaq proqram nəticəsində 20 000 məzun
  • Mükafatlar - NAPEI Education Excellence Award (2007), Microsoft Imagine Cup Malaysia (2011), Prime Minister's Award for Industry Excellence (2011)
  • Məzunların işə götürülməsi - 95% (2015-ci il məlumatları)

 

Mənimlə əlaqə saxlayın

Mesaj göndərərkən, şəxsi məlumatların emalına razılıq verirsiniz. Məxfiliyi tam təmin edirik.

Tədris

APU-nun bütün tədris proqramı Staffordshire Universiteti (Böyük Britaniya) ilə birlikdə hazırlanır. Bəzi proqramların sonunda tələbə iki diplom alır - Malayziya və B.Britaniya

Universitet 3 fakültədə 30-dan çox ixtisas təklif edir: Kompüter Mühəndisliyi fakültəsi, Mühasibat fakültəsi, Biznes və menecment fakültəsi. APU həmçinin ABŞ, Avstraliya və Avropa universitetləri ilə əməkdaşlıq edərək tələbə mübadiləsi proqramlarını təklif edir.

Asia Pacific University of Technology & Innovation (APU)-da yeni gələn tələbələrə yeni ölkəyə, yeni mühitə alışa bilmələri üçün köməklik göstərən Student Welcome Team yardım edir. Onlar universitetə qəbul olan tələbələri hava limanında qarşılayır, universitetin qeydiyyat işlərində köməklik göstərir və Kuala-Lumpur turu təşkil edərək şəhəri tanımalarına da yardım edirlər.

Populyar ixtisaslar:

  • Biznes və iqtisadiyyat
  • Mühəndislik ixtisasları
  • IT
  • Otelçilik

 

Proqram və xərclər (2018)*

  • Hazırlıq proqramları: İlliyi 23 200 Malayziya ringgitindən başlayır
  • Diplom proqrmaları: İlliyi 40 500 Malayziya ringgitindən başlayır
  • Bakalavr: İlliyi 25 200 Malayziya ringgitindən başlayır
  • Magistr: İlliyi 36 800 Malayziya ringgitindən başlayır
  • Aspirantura: İlliyi 45 000 Malayziya ringgitindən başlayır
  • Dil proqramları: İlliyi 1300 $-dan başlayır

 

* Qiymət seçdiyiniz proqram və istiqamətdən asılı olaraq dəyişə bilər.

Giriş tələbləri

Foundation:

  • IELTS 5.5, TOEFL 65 (Internet Based Test), 513 (Paper Based Test), 183 (Computer Based Test)

Diplom proqramı:

  • IELTS 5.5, TOEFL 65 (Internet Based Test), 513 (Paper Based Test), 183 (Computer Based Test)

Bakalavr:

  • IELTS 6.0, TOEFL 79-80 (Internet Based Test), 550 (Paper Based Test), 213 (Computer Based Test)

Magistr:

  • IELTS 6.0, TOEFL 550 və daha çox

* Tələblər proqrama və seçilən istiqamətə görə dəyişə bilər.

Ünvan

Technology Park Malaysia, Bukit Jalil, Kuala Lumpur 57000

Cənub-şərqi asiyanın ən çox inkişaf etmiş meqapolislərindən və iqtisadi zonalarından biri. 1.7 milyon nəfərlik şəhər, memarlıq üslüblarının kəsişməsi, ingilis müstəmləkəçiliyi və ənənəvi Asiya, modernizm və postmodernizm. Universitet və tələbə kampusu ölkənin ən böyük idman kompleksi (National Sports Complex) yaxınlığında Kuala Lumpur, Bukit Cəlildə yerləşir.

Ən yaxın hava limanı - Kuala Lumpur International Airport (KLIA)

Tələbə həyatı

Tələbələr kafe, hovuz, camaşırxana, supermarket və 24 saatlıq təhlükəsizlik xidməti ilə təchiz olunmuş Academia, Vista Komanwel, Fortune Park, Endah Promenade and Covillea çoxmərtəbəli komplekslərdə qala bilərlər. Otaqlar 1-3 nəfərlikdir, mətbəx və zal isə ortaqdır.

  • tələbə otelləri
  • otaqda 1-3 nəfər

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.