Portuqaliyada 125-dən çox özəl və dövlət ali təhsil müəssisəsi var. Dünyaca məşhur bir təhsil sistemi ilə Portuqaliyaya gedən beynəlxalq tələbələr, bütün həyatları boyu gözlədikləri xaricdə təhsil arzularına məhz burada qovuşa bilərlər. 50,000 -dən çox xarici tələbə hər il xaricdə təhsil almaq üçün Portuqaliyanı seçir. Buna səbəb Portuqaliya, bir çox digər Avropa ölkəsinə nisbətən daha aşağı yaşayış xərcləri və daha aşağı təhsil haqqına malikdir.
Portuqaliyada təhsil almaq niyyətindəsinizsə, festivallarda və ictimai həyatda iştirak etməyi və Portuqaliya mətbəxini dadmağı unutmayın. Siz Portuqaliya universitetlərinin diplomu ilə xaricdə də rahatlıqla karyera perspektivləri əldə edə bilərsiniz. Başqa sözlə desək, burada alacağınız diplom beynəlxalq səviyyədə etibarlıdır.
Azeri Student şirkəti uzun müddətdir ki, Portuqaliya universitetlərinə daxil olmaq və uğurla qeydiyyatdan keçmək üçün təlim və tədris xidmətləri göstərir. Mütəxəssislərimiz universitet barəsində qərar verməyə, təhsil proqramını seçməyə və bütün zəruri sənədləri hazırlamağa kömək edəcək. Bununla da siz Portuqaliya kimi bir mühitdə, arzuladığınız təhsilə qovuşacaqsınız.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.