Auston Institute of Management universiteti biznes və mühəndislik sahələrində ixtisaslaşıb. Britaniya təhsil proqramı ilə aparılan tədrislə yanaşı, İngiltərənin müxtəlif universitetləri ilə əməkdaşlıq aparlır. Tələbələrin məzun olduqdan sora iki diplom almaq imkanları var.
Auston Institute of Management Universiteti Britaniyanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq edir: London South Bank Universiteti (məzunlarının ən yüksək maaş aldığı Londonun ən yaxşı 10 universitetindən biri), Birmingham City University (məzun olduqdan 6 ay ərzində 90% iş tapmaq imkanı) Wolverhampton Universiteti (məzun olduqdan 6 ay ərzində 94% iş tapmaq imkanı)
Tədris proqramlarına qəbul ildə 3 dəfə elan olunur: mart, iyun-iyul və oktyabr-noyabr
Universitet müxtəlif səviyyələrdə təhsil alan abituriyentlərə müxtəlif ixtisas proqramları təklif edir. Foundation proqramı ali təhsil proqramlarına qəbul olmaq və ingilis dilinin səviyyənizi artırmaq üçün kömək edəcəkdir.
Universitetin diplom proqramlarına kompüter elmləri, mühasibat uçotu, biznes idarəçiliyi, mekatronika, telekommunikasiya və şəbəkələr, biznes analitikası, kompüter təhlükəsizliyi, biznesdə informasiya texnologiyaları və s daxildir.
Həmçinin burada biznesin idarə olunması üzrə MBA dərəcəsi ala bilərsiniz. İngilis universitetləri ilə birgə bakalavr, magistr və MBA proqramları həyata keçirilir.
Universitet laboratoriya avadanlıqları (elektrik ölçmə cihazları, rəqəmsal osiloskoplar, tezlik ölçmə cihazları, funksiya generatorları), proqram təminatı, virtual ölçü alətləri və sistemləri ilə təchiz olunub. Dərs və sinif otaqlarında proyektorlar, mat ekranlar, multimedia səs avadanlıqları quraşdırılmışdır.
(qiymətlər Sinqapur dolları ilə)
Bakalavr
Magistr
50 Ophir Road
Church Of Our Lady Of Lourdes
Singapore 188690
Kampus Sinqapurun Çanqi aeroportundan (taksi ilə 15-20 dəqiqə) 18 kilometr məsafədə, Sinqapurun mərkəzində və metrodan 5 dəqiqəlik yerimə məsafəsində yerləşir.
Sinqapur dünyanın ən təmiz, ən yaşıl və ən təhlükəsiz şəhərlərindən biridir. Şəhər əlverişli iqlim şəraiti, intellektual ictimai nəqliyyat sistemi, keyfiyyətli təhsil və səhiyyə sistemi ilə məşhurdur.
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.