Edinburq Universiteti

    Yerləşdiyi ərazi: Edinburq, Şotlandiya

    Əsası 1583-cü ildə qoyulub.

    İllik təhsil haqqı: 18.800-24.600£

     

Universitet haqqında: 1583-cü ildə yaradılmış bu universitet Britaniyanın ən qədim universitetləri arasındadır. Edinburq Universiteti dünya miqyasında ən böyük və ən prestijli universitetlər arasındadır. 22 məktəbdən ibarət bu universitetdə təhsil alan 27500 tələbənin təqribən 6000 xaricidir. Anesteziya, penisilin və telefon kimi bir çox icadın baş verdiyi bu universitet tibb və elm sahəsində çox güclü akademik etibara sahibdir. Universitet həmçinin ən qədim İngilis Ədəbiyyatı departamentinə sahib olan Britaniya universitidir. Universitetin ən məşhur məzunları arasında Çarlz Darvin, Artur Konan Doyl, Aleksandr Qraham Bell kimi şəxslər də var. Həmçinin 19 Nobel mükafatçısı bu universitetin məzunları arasındadır.

Reytinqlər:

- QS World University Rankings №17 (2020)

- Times Universitetlər bələdçisində №25 (2020)

- Guardian Universitetlər bələdçisində №25 (2020)

 

 

Qəbul üçün tələblər:

Bakalavr -

IELTS - 6.5-7.0 TOEFL - 84

Magistratura-

GPA 3.0

IELTS - 7.0 TOEFL - 88

 

Populyar ixtisaslar

- Memarlıq

- Mühəndlislik

- Coğrafiya

- Kənd təsərrüfatı

- Veterinarlıq

- Tibb

- Hüquq

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.