Qlazqo Kaledoniya Universiteti

    Yerləşdiyi ərazi: Qlazqo, Şotlandiya

    Əsası 1875-ci ildə qoyulub.

    İllik təhsil haqqı: 11,500£

Universitet haqqında:

1875-ci ildə qurulmuş bu universitet 1993-cü ildə universitet statusu almışdır. Şotlandiyanın ən məşhur universitetlərindən sayılan bu universitetdə 20.000-ə yaxın tələbə təhsil alır.

Britaniyanın top 10 modern universitetləri arasındadır. Universitetin sənaye qurumları ilə önəmli əlaqələri mövcuddur və məzunların işlə təmin edilməsi barəsində yüksək göstəriciyə sahibdir. Dünyadakı ən effektiv 3 bank və maliyyə qurumları tərəfindən təsdiq edilmiş maliyyə xidmətlərində 3 dəfə akreditasiya edilmiş ilk və tək ticarət məktəbidir. Xarici tələbələrə dəstəklə bağlı statistikada 2013-cü ildə Şotlandiyanın ən yaxşı universiteti seçilmişdir. Məşhur məzunları arasında bir çox şotland siyasətçini, o cümlədən Həsən Ruhani və biznesmen Jim Mullen kimi şəxsləri də görmək olar.

Reytinqlər:

- Times Universitetlər bələdçisində №96 (2020)

- Guardian Universitetlər bələdçisində №80 (2020)

 

 

Qəbul üçün tələblər:

Bakalavr-

IELTS - 6.0  TOEFL - 78

Magistratura-

GPA - 2.3

IELTS - 6.0  TOEFL - 78

 

Populyar ixtisaslar:

- Menecment

- Mühəndislik

- Təbiət elmləri

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.