İspaniya universitetləri təhsil haqqının digər yerlər ilə aşağı olması səbəbilə yüksək ali təhsil ala biləcəyiniz nadir ölkələrdən biridir. Diplomları beynəlxalq səviyyədə tanınır. Siz bu ölkədə təhsil almaqla dünyanın ən çox danışılan dillərindən biri olan populyar ispan dili biliklərinizi də zənginləşdirərək əlavə bir dil öyrənə bilərsiniz.
Ali təhsil sistemi
Bakalavr (4 il) , magistr (1-2 il) və aspirantura. Magistr proqramı 3 hissəyə ayrılır: Tədqiqat, peşəkar, akademik və ya qarışıq.
Necə müraciət etmək olar?
İspaniya universitetlərindən birində bakalavr proqramına qoşulmaq üçün siz Selectividad adlanan dil imtahını verməlisiniz. (Lazım olan standart səviyyə - B2) 2014-cü ildə çıxan qərarla əcnəbi tələbələr üçün bu imtahan ləğv edilsə də, prestijli ispan universitetlərinə daxil olmaq üçün bu imtahanı verməlisiniz. Tədrisin ingilis dilində aparıldığı ixtisasları oxumaq üçün isə standart IELTS və ya TOEFL nəticələrinizi təqdim etməlisiniz.
İspan və ingilis dili biliklərinizi zənginləşdirmək və bu imtahanlardan asanlıqla keçə bilməyiniz üçün Azeri Student mütəxəssisləri ilə əlaqə saxlayın. Onlar bu işdə sizə köməklik göstərəcəkdir.
Magistr proqramına daxil ola bilmək üçün isə bitirdiyiniz bakalavr proqramının diplomu lazımdır.
Populyar ixtisaslar
İspaniya turizm ölkələrindən biri olduğundan bu sahədə zəngin, yüksək kriteriyalara sahibdir. Menecment, turizm və otelçilik isə populyar ixtisaslardandır.
Tədris dili
İspan və ingilis
Viza
Uzunmüddətli tələbə vizası - Azeri Student mütəxəssisləri sizə lazım olan sənədləri toplamaqda və tərcümə işlərində köməklik göstərəcəklər.
Tələbə həyatı
Universitetin kampusunda və ya kirayə mənzillərdə
İspaniya universitetləri hər il yenilənən ən yaxşı universitetlər siyahılarında fərqli kateqoriyalarda özlərinə yer tapmaqdadırlar. Azeri Student şirkətinin də işlədiyi Les Roches Marbella 2013-cü ildə TNS beynəlxalq təşkilatının etdiyi araşdırmaya əsasən otelçilik və qonaqpərvərlik sahəsində ölkənin ən yaxşı təhsil müəssisəsidir.
2 həftəlik: €1880-2050
4 həftəlik: €3020-3300
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.