Les Roches Marbella International School of Hotel Management

    • Marbella, İspaniya
    • 1995-ci ildə təsis edilib
    • Təhsil haqqı - İlliyi 30 100 €-dan  başlayır

Haqqında

Beynəlxalq otel idarəçiliyi məktəbi olan Les Roches Marbella İspaniyada təlimin ingilis dilində aparıldığı yeganə otel idarəçiliyi təhsil müəssisəsidir. TNS beynəlxaql reytinq agentliyinin məlumatlarına əsasən bura turzim, otelçik və qonaqpərvərlik ixtisasında kadrların yetişdirilməsi üzrə ölkənin ən yaxşısıdır.
Tədris İsveçrə brendi olmuş Les Roches-nin beynəlxalq tədris sistemi ilə aparılır.Dünya reytinqinə əsasən müəssisə otel idarəçiliyində mütəxəssislərin hazırlanması üzrə ilk üçdədir. Universitet həmçinin İspaniyada Yeni İngiltərə Məktəbləri və Kollecləri Assosiasiyasının (NEASC) akkreditasiyasını təmin edən yeganə ali qurumdur.

  • İspaniyada qonaqpərvərlik və otelçilik ixtisası sahəsində lider (TNS, 2015)
  • İngilis dilində tədris
  • İsveçrə standartları ilə təhsil
  • Yeni İngiltərə Məktəbləri və Kollecləri Assosiasiyasının (NEASC) akkreditasiyası

Mənimlə əlaqə saxlayın

Mesaj göndərərkən, şəxsi məlumatların emalına razılıq verirsiniz. Məxfiliyi tam təmin edirik.

Tədris

Les Roches Marbella tələbələri otelçilik sahəsində beynəlxalq bakalavr təhsili, magistr proqramlarına qoşula bilər (otel idarəçiliyi, lüks turizm) və ya yay proqramına qoşularaq şəhər və universitetlə tanış ola bilərlər. 
Otel nəzəriyyəsi ilə yanaşı tələbələr müxtəlif otellərin iş mexanizmi, qurğuları və xidmətləri ilə yaxından tanış olurlar. Nəzəri bilikləri təcrübəyə çevirmək imkanı verilir. Məsələn, bakalavr təhsili ərzində tələbələr əldə etdiklərini nəzəri bilikləri böyük şəbəkəli otellərdə və ya butik otellərdə staj keçərək praktikaya çevirirlər. 
Məzunların 90%-i praktika vaxtı və ya məzun olduqdan dərhal sonra iş tapa bilir. 
Universitetin kampusları arasında mübadilə proqramı var. Belə ki, tələbələr Les Roches-nin İsveçrə, Çin və ya ABŞ-dakı filiallarında təlim keçə bilərlər. 

Populyar ixtisaslar

  • Otelçilik

 

Proqram və xərclər (2018)*

  • Bakalavr: İlliyi 30 100 €-dan  başlayır
  • Magistr: İlliyi 15 590 €-dan  başlayır
  • Yay məktəbləri: Həftədə 1900 €-dan  başlayır

 

* Qiymət seçdiyiniz proqram və istiqamətdən asılı olaraq dəyişə bilər.

Giriş tələbləri

Bakalavr:

  • 17.5 yaşından başlayaraq
  • Attestat və ya şəhadətnamə
  • IELTS 5.5 və ya TOEFL ibt 70

Magistr proqramları:

  • 21 yaşından başlayaraq
  • bakalavr və ya mütəxəssis dərəcəsi
  • IELTS 5.5 və ya TOEFL ibt 70

 

*Giriş tələbləri seçdiyiniz proqram və istiqamətdən asılı olaraq dəyişə bilər.

Ünvan

Ctra. de Istan, Km. 1, E-29602 Marbella, Spain

Kampus Marbella şəhərinin mərkəzi hissəsi sayılan Kosta-del-Solda yerləşir. Marbella şəhəri İspaniyanın ən populyar kurort mərkəzlərindən biri sayılır. Bir çox nüfuzlu otel, restoran və turizm mərkəzləri tələbələrə staj və məşğulluq üçün imkanlar yaradır. 

Kampusda 20-dən çox auditoriya, 3 mətbəx, reception və otel otağı, kompüter mərkəzi və dil sinifləri üçün ayrıca otaq var. Kampusda həmçinin 2 restoran və kafe var. İdman mərkəzi isə kampusdan 15 dəqiqəlik yerimə məsafəsindədir.
 

Tələbə həyatı

Tələbələr kampusda 2, 3 və ya 4 nəfərlik otaqlarda qalırlar. Hər otaqada ayrıca vanna otağı və tualet var. Tələbələr istəkdən asılı olaraq kampusa 5-20 dəqiqə yerimə məsafəsində olan mənzillərdə kirayə də qala bilərlər. 

  • Kurort şəhərində qalmaq imkanı
  • 2-4 nəfərlik otaqlar
  • Kampusda və ya kampusa 5-20 dəqiqəlik yerimə məsafəsindəki mənzillərdə

Qalareya

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.