EU Business School

    Cenevrə və Montreux kampusları

    #1
    EU ' s Online MBA TOP olaraq CEO Magazine jurnalının onlayn qlobal sıralamasında №1 yeri tutdu

    4*
    biznes təhsili sahəsində görkəmli nailiyyətlərinə görə QS Stars mükafatına layiq görülmüşdür

    5-ci yer
    Avropada QS MBA gəlir hesabatı investisiya artımında əmək haqqı üzrə

    6-cı sayı
    "Capital" jurnalının versiyasına görə tələbələr üçün ən yaxşı biznes məktəbi

EU Business School 1973cü ildə əsası qoyulmuş və Avropanın bir neçə mühim şəhərində fəaliyyəti göstərən özəl biznes məktəbidir. Bu müasir təhsil kompleksi, biznesin qurulması və idarə olunmasıyla bağlı dərslər və bu dərslərin ingilis dilində tədris olunmasıyla bilinir. Burada təhsil xidməti bakalavr,magistr və doktorantura dərəcələri üzrə göstərilir. Qurumun başlıca məqsədləri gələcəyin parlaq biznesmenlərini yetişdirmək və tələbələrə müxtəlif şəraitlərdə idarəetmə və liderlik qabiliyyətini aşılamaqdır. Dünya üzrə 80-dən artıq partynora sahib məktəb öz tələbələrinə bu partnyor tədris qurumlarında təhsil alma imkanı verir. Eyni zamanda, universitetlər arası bir çox dünya sıralamasında məktəb ilk pillələrdə qərarlaşır.EU Business School 1973cü ildə əsası qoyulmuş və Avropanın bir neçə mühim şəhərində fəaliyyəti göstərən özəl biznes məktəbidir. Bu müasir təhsil kompleksi, biznesin qurulması və idarə olunmasıyla bağlı dərslər və bu dərslərin ingilis dilində tədris olunmasıyla bilinir. Burada təhsil xidməti bakalavr,magistr və doktorantura dərəcələri üzrə göstərilir. Qurumun başlıca məqsədləri gələcəyin parlaq biznesmenlərini yetişdirmək və tələbələrə müxtəlif şəraitlərdə idarəetmə və liderlik qabiliyyətini aşılamaqdır. Dünya üzrə 80-dən artıq partynora sahib məktəb öz tələbələrinə bu partnyor tədris qurumlarında təhsil alma imkanı verir. Eyni zamanda, universitetlər arası bir çox dünya sıralamasında məktəb ilk pillələrdə qərarlaşır.

 

Cenevrə- Avropanın iqtisadi və siyasi paytaxtının ürəyində yerləşən bu kampus eyni zamanda bir çox önəmli beynəlxalq qurumun mərkəzinə də yaxındır. Bu kampusda oxuyan tələbələr öz sahələri üzrə ən prestijli yerlərdə təcrübə keçmə imkanını əldə edə bilər. Kitabxana və iş otaqları, oxumaq və ya tapşırıqlar üzərində işləmək üçün mükəmməl mühit yaratmaq üçün hazırlanmışdır. Dükan və restoranlarla əhatə olunan və əla ictimai nəqliyyat vasitələrinə sahib bu gözəl, təhlükəsiz və zəngin şəhər, həmçinin Cenevrə gölünü və ətraf Alp dağlarını araşdırmağı asanlaşdırır

Montreux- 18-ci əsrdən qalma bir villada yerləşən bu kampus da bir çox beynəlxalq qurum və təşkilata yaxındır və tələbələr öz fəaliyyətlərini genişləndirmə imkanı yaradır. EU Montreux tələbələri, Beynəlxalq Olimpiya Komitəsi və ya Nestlé kimi qlobal nəhənglərin qərargahları kimi nüfuzlu təşkilatları ziyarət edə bilər və burada nüfuzlu şəxslərdən gələcək üçün faydalı məsləhətlər əldə edə bilər. Şəhər rahat bir atmosfer və boş vaxtdan zövq almaq üçün çox imkan yaradır. Hər il dünyanın ən böyük musiqi festivallarından biri olan Montreux Caz Festivalı burada baş verir.

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.