Institut auf dem Rosenberg - Yay/ Qış Düşərgəsi

    • Rosenberg Camps
    • Müddət 2 həftə
    • Həftəlik ödəniş CHF 2'460 - CHF 5’960 +

Məktəb haqqında

Institut auf dem Rosenberg, İsveçrənin ən qədim və ənənəvi yatılı məktəblərindən biridir. Uzun illər qonaqpərvərliyi və dünyanın hər yerindən gələn qızlara və oğlanlara dərs verməkdə mükəmməlliyi ilə məşhurdur. Yay məktəbi kursları və Rosenberg təcrübəsi yatılı məktəbin ayrılmaz hissəsidir və yüksək şəxsi nailiyyətlər, davranış və komanda ruhu ilə xarakterizə olunur. Qeyd edək ki, bu növ kurslar övladınızı xaricdə təhsil həyatına hazırlamağa kömək edəcəkdir.

İsveçrədəki yay düşərgəsi zamanı verilən təhsil təcrübəsi və təcrübə mübadiləsi övladınızın evdə tədrisini və öyrənmə prosesini tamamlayır. Kurslarımız həyəcan verici layihələr, təhsil ziyarətləri, tamamlayıcı kurslar və fəaliyyətlər vasitəsilə yeni öyrənmə imkanları açır. Bütün bunlar şəxsi linqvistik səriştələrin inkişafına təkan vermək üçün hazırlanmışdır. Institut auf dem Rosenberg hər il 20 ölkədən olan uşaq və yeniyetmələri İsveçrəyə qəbul edərək onlara unudulmaz bir təcrübə qazandırır.

 

SUMMER CAMPS AND WINTER COURSES SWITZERLAND

Swiss international boarding school “Institut auf dem Rosenberg” həm xarici dil təhsili, həm də yeni istedadları kəşf etmək və yeni bacarıqlara yiyələnmək imkanı verən geniş yay və qış kurslarını təqdim edir. Şagirdlər əyləncəli fəaliyyət və idmanla yanaşı ənənəvi Swiss international boarding school həyatı yaşamaq üçün unikal bir fürsət əldə edirlər. Üç fərqli düşərgə variantını sizə təklif edirik.

 

Yay düşərgəsi

Junior Summer Camp

6 yaşdan 13 yaşadək tələbələr üçün idealdır

Ünvan:Institut auf dem Rosenberg, St. Gallen, İsveçrə

Seçim 1:

Xarici dilləri öyrənmək:

İngilis dili, yeni başlayanlar üçün intensiv kurs - başlanğıc, orta və ya yüksək səviyyədə

Seçim 2:

Liderlik və performans

Ətraf mühit elmləri və davamlı inkişaf

Moda və geyim dizaynı

İncəsənət

Kompüter elmləri və kodlaşdırma

Robotika və mühəndislik

Günortadan sonra golf, tennis, at sürmə, şəxsi məşqlərdə əlavə idman dərsləri daxil olmaqla böyük bir əyləncə proqramı.

 


 

Senior Summer Camp

14 ilə 18 yaş arasındakı yeniyetmələr üçün idealdır

Ünvan: Institut auf dem Rosenberg, St. Gallen, İsveçrə

Seçim 1:

Xarici dilləri öyrənmək:

İngilis dili, yeni başlayanlar üçün intensiv kurs - başlanğıc, orta və ya yüksək səviyyədə

Alman dili, yeni başlayanlar üçün intensiv kurs - başlanğıc, orta və ya yüksək səviyyədə

Seçim 2:

Liderlik və performans

Ətraf mühit elmləri və davamlı inkişaf

Moda və geyim dizaynı

İncəsənət

Kompüter elmləri və kodlaşdırma

Teatr sənəti

Robotika və mühəndislik

Günortadan sonra qolf, tennis, at sürmə və ya şəxsi məşq kimi isteğe bağlı idman fəaliyyətləri daxil olmaqla böyük bir əyləncə proqramı.

 

Qış düşərgəsi

Rosenberg Experience

6 - 19 yaş arası tələbələr üçün

Akademik tədris ili ərzində 2 həftəlik minimum qalma müddəti

Ünvan: Institut auf dem Rosenberg, St. Gallen, İsveçrə

Əsas akademik proqram - yatılı tələbələrimizlə yanaşı təhsil

Zənginləşdirmə proqramı - birgə tədris kurslarında, idman və icma tədbirlərində iştirak edin

Boarding school həyatına eksklüziv baxış

Bənzərsiz bir yatılı məktəb və akademik təcrübə üçün tədris ili boyunca daimi tələbələrə qoşulun. Institut auf dem Rosenberg’in təhsil fəlsəfəsi ilə tanış olmaq və qabaqcıl yatılı məktəblərindən birindəki atmosferi yaşamaq üçünhazırlanmış xüsusi bir kurs.

 

 

 

 

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər