St. George's International School, Switzerland

    • Montreux, Switzerland
    • 1927-cı ildə təsis edilib
    • Təhsil haqqı: illik 28,420 - 31,420 CHF
    • Top 11 in the Switzerland

Məktəb haqqında

St. George's International School, 18 aydan 18 yaşadək olan oğlan və qızlar üçün nəzərdə tutulmuş, 60-dan çox ölkənin nümayəndələrinin təhsil aldığı yatılı məktəbdir. Switzerland, Montreux’da yerləşən məktəb Alp və Geneva gölünün füsunkar mənzərələrinə sahibdir. St. George's International School, 1927-ci ildə Oxford Universitetindən Lorna Southwell və Osyth Potts adlı iki gənc məzun tərəfindən qurulmuşdur. Bu gənc məzunlar Birinci Dünya müharibəsindən sonra St. Hugh Kollecində təhsil aldıqları zaman, bütün millətlərdən olan uşaqların öyrəndiklərini və böyüməyin çətinliklərini bir-birilə bölüşə biləcəkləri bir məktəb qurmağı planlaşdırmışdılar.

Fəaliyyətə başladıqdan sonra St. George's International School, kiçik tədris qrupları və akademik proqramları, karyera tövsiyələri və şagirdlərə fərdi diqqəti ilə tanınmış beynəlxalq məktəbə çevrildi. Məktəbin şagirdləri yalnız İsveçrədə deyil, bütün dünyada akademik nəticələri ilə seçilirlər. Məktəbi bitirdikdən sonra sagirdlər dünyanın ən yaxşı universitetlərində oxumağa davam edirlər. İsveçrədə ən yaxşı IB məktəbi olan St. George's International School'un tədris proqramı ənənəvi etik və beynəlxalq akademik mükəmməlliyi özündə birləşdirir. Təhlükəsiz bir mühitdə olan bütün məktəb ictimaiyyəti, uşaqları fərdi istedad və potensiallarını inkişaf etdirir.

Tərkibindəki məktəblər

Early Learning School - iki dilli Fransız / İngilis mühitində Reggio Emilia fəlsəfəsini izləyərək 18 aydan 3 yaşa qədər uşaqları qəbul edir.

Junior School - 3-10 yaş arası uşaqlar Cambridge International tədris proqramını və Fransız dilində Perspektiv Globales proqramı üzrə təhsil alırlar.

Middle School - 10 və 11 yaşlarında olan tələbələr Beynəlxalq Orta Təhsil Sertifikatına (IGCSE) hazırlaşırlar. Tədris planları və imtahanlar Cambridge Universiteti Beynəlxalq İmtahanları (CIE) tərəfindən təyin olunur və idarə olunur. 12-13 yaşlarında olan tələbələr Beynəlxalq Bakalavr Diplom Proqramı (IBDP), IB Sertifikatları və ya Ümumi Diplom Proqramı üzrə tədris olunurlar.

Senior School - Ümumi Diplom Proqramı üzrə 14 -18 yaşlı şagirdlər üçün nəzərdə tutulub. Tələbələrə Birləşmiş Krallıqda təməl kurslara başlamağa və ya Şimali Amerikadakı kolleclərə getməyə imkan verən akkreditə olunmuş bir proqramdır.

Yay düşərgəsi

Yay düşərgələri dünyanın hər yerindən əylənmək, yaradıcılığını inkişaf etdirmək, çətinliklərlə qarşılaşmaq və düşərgədə olduqları müddət ərzində fərdi olaraq böyümək istəyən gənclər üçün dünya səviyyəli bir yay təcrübəsi təqdim edir.

Lake & Mountain - Steam - Languages - Performing Arts - Tennis -Nano and Mega Camps

Məzunlar

Angie Bowie - David Bowie'nin ilk həyat yoldaşı

Glenn Close - amerikalı aktrisa

Jill Hyem, radio - televiziya yazıçısı və keçmiş aktrisa

Christina Onassis - iş qadını, sosyalist və Onassis sərvətinin varisi

Ünvan

St. George's International SchoolChemin de Saint-Georges 19,

1815 Montreux, Switzerland

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər