Yüklənir...
1868 - ci ildə əsası qoyulmuş kollec əsas məqsədi qlobal təhsil olan milli məktəblər Assosiasiyasına daxildir.
Məktəb haqqında
Zəngin tarixə malik təhsil müəssisəsi yepiskop Nataniel Vudard tərəfindən yaradılıb və kollecin binası məşhur memarlar Uilyam Sleyter və Riçard Karpenter tərəfindən neogotik üslubda tikilib.
Məktəblilər rahat yaşayış yerlərində yaşayırlar, Hər yaş qrupu üçün kollecdə ayrıca pansion var. Rahat otaqlardan başqa, hər korpusda tədris zonaları, istirahət zonaları, mətbəx var.
Kollec Hitrou hava limanından üç saatlıq məsafədə İngiltərənin mərkəzi bölgəsində yerləşir. Kollecin bir çox binaları memarlıq abidələridir.
Burada oxumaq istəyən tələbələr qəbul imthanı verməli, müsahibədən keçməlidirlər.
Tədris
Yaş: 11-18
Proqramlar: A-level, birillik A-level, Extended Project, BTEC, GCSE, iGCSE, Common Entrance
Yerləşmə: Denston şəhəri, Staffordşir qraflığı, B.Britaniya
Təhsil haqqı: illik £9168