Yüklənir...

shape shape shape shape

EU Business School (Geneva)

EU Business School (Geneva)

Bu Qurum Haqqında

Ümumi məlumat

  • İllik təhsil haqqı: $ 15.000
  • Məktəbin reytinqi: 81-90
  • Qəbul üçün əsəs şərt: IB 30+

 

Ətraflı məlumat

EU Business School Cenevrə, İsveçrənin təhsil mərkəzlərindən biri olan Cenevrədə yerləşən və hər il dünyanın müxtəlif yerlərindən tələbələri cəlb edən prestijli təhsil müəssisəsidir. 1973-cü ildən bəri fəaliyyət göstərən bu məktəb, biznes və idarəetmə sahələrində ən müasir və yenilikçi təhsil proqramları ilə tanınır.

Hər il yüzlərlə tələbə, bu məktəbin verdiyi yüksək keyfiyyətli təhsil və beynəlxalq imkanlardan yararlanmaq üçün müraciət edir. Məktəb, tələbələrini müasir və innovativ təhsillə iş dünyasına hazırlayır.

Cenevrənin beynəlxalq iş və maliyyə mərkəzi olaraq strateji mövqeyi, tələbələrə geniş karyera imkanları və dünya səviyyəsində şəbəkə qurma imkanı verir. Bu da EU Business School Cenevrəni, qlobal biznes liderləri yetişdirən bir mərkəz kimi ön plana çıxarır.

EU Business School Geneva-nın təhsil verdiyi sahələr

Bakalavr proqramları:

  • Bachelor of Business Administration (BBA)
  • Bachelor of Arts in Communication & Public Relations
  • Bachelor of Arts in Leisure & Tourism Management
  • Bachelor of Arts in International Relations
  • Bachelor of Arts in Sports Management
  • Bachelor of Science in Business Finance
  • Bachelor of Arts in Digital Business, Design & Innovation

Magistr proqramları:

  • Master of Business Administration (MBA)
  • Master in International Business
  • Master in Digital Marketing
  • Master in Innovation & Entrepreneurship
  • Master in Finance
  • Master in Tourism & Hospitality Management
  • Master in Human Resources Management
  • Master in Design Management

Doktorantura Proqramları:

  • Doctor of Business Administration (DBA)
  • PhD in Management

Foundation proqramları:

  • Business Bridging/Foundation Program

Bu proqramlar tələbələrə müxtəlif sahələrdə dərin biliklər və praktiki bacarıqlar qazandıraraq, onları qlobal biznes mühitində uğurlu karyera qurmağa hazırlaşdırır.

Məktəbdə mövcud olan proqramların siyahısı ilə EU Business School Geneva rəsmi veb-saytından tanış ola bilərsiz.

EU Business School Geneva-nın ortalama təshil haqqı

EU Business School Geneva-da təhsil haqqı proqramdan və təhsil səviyyəsindən asılı olaraq dəyişir.

Bakalavr proqramları üçün illik təhsil haqqı təxminən $15,000 - $22,000 arasında, magistratura proqramları üçün isə illik təhsil haqqı təxminən $22,000 - $33,000 arasındadır.

Qəbul üçün lazım olan sənədlər

  • Attestat, diplom və transkripti: Hər üçün tədris pilləsi üçün özündən əvvəlki tədris pilləsini bitirdiyinizə aid sənəd (attestat və ya diplom) və bütün qiymətlərin göstərildiyi transkript.
  • Referans məktubları: Minimum 2 ədəd akademik referans.
  • Motivasiya məktubu: Proqramı və universiteti niyə seçdiyinizi ətraflı izah edən sənəd.
  • Pasportun surəti: Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənən surəti.

İngilis dili biliyi tələbləri:

  • IELTS: Minimum ümumi 6.0 bal
  • TOEFL: Minimum ümumi bal 80 bal
  • IB: Minimum ümumi bal 30 bal

Bu tələblər ümumidir və proqramdan asılı olaraq əlavə sənədlər də tələb oluna bilər.

EU Business School Geneva-nın üstünlükləri

Beynəlxalq əhatə dairəsi

EU Business School Geneva, tələbələri üçün qlobal təhsil mühitinə sahibdir. Məktəb, dünyanın hər yerindən tələbələri qəbul etdiyinə görə burada beynəlxalq əlaqələr yaratmaq çox rahatdır.

Tələbələr, məktəbdə müxtəlif mədəniyyətlərdən olan insanlarla tanış olaraq, beynəlxalq iş dünyasında uğur qazanmaq üçün zəruri olan qlobal perspektivlər qazanırlar.

Akademik proqramlar

Məktəb biznes, menecment, maliyyə, marketinq və innovasiya kimi sahələrdə yüksək keyfiyyətli təhsil proqramları var. Bu proqramlar, həm nəzəri, həm də praktiki bilikləri əhatə edir və tələbələrin peşəkar karyeralarına güclü bir başlanğıc etmələrini təmin edir.

Güclü kariyera əlaqələri

EU Business School Geneva, tələbələri üçün geniş biznes şəbəkəsi yaradıb. Bu şəbəkə vasitəsilə tələbələr, tanınmış şirkətlərin nümayəndələri ilə əlaqə qurmaq və müxtəlif təcrübə imkanları əldə etmək şansına malikdirlər.

Məktəbin məzunları kariyera əlaqələri sayəsində beynəlxalq şirkətlərdə rahatlıqla işə başlayırlar.  

İsveçrənin biznes mərkəzində yerləşməsi

Məktəb, İsveçrənin iş və maliyyə mərkəzlərindən biri olan Cenevrədə yerləşir. Bu strateji mövqe, tələbələrə biznes dünyasının mərkəzində təhsil almaq imkanı verir və onlar üçün müxtəlif karyera imkanları yaradır.

İnnovativ tədris metodları

EU Business School Geneva, ən son tədris metodlarını və texnologiyalarını tətbiq edir. Məktəb, tələbələrinə real dünyada qarşılaşacaqları problemləri həll etmək üçün lazımi bilik və bacarıqları öyrədən praktiki təlimlər və layihələr təqdim edir.

Bu üstünlüklər, EU Business School Geneva-nı qlobal iş dünyasında liderlər yetişdirmək üçün ideal təhsil müəssisəsinə çevirir. Siz də EU Business School Geneva-nın üstünlərindən yararlanmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın!

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın

Test