“Opportunities to Study in Canada” - Səfirlik ilə görüş!

23

Fevral

  • Tarix: 23/02/2020 13:00 - 23/02/2020 14:00
  • Məkan: JW Marriott Absheron Baku, "Khirdalan" meeting room, 674 Azadliq Square, AZ-1010 Baku, Azerbaijan

Kanadada təhsil almaq istəyən gənclər üçün möhtəşəm fürsət! 23 Fevral saat 13:00 da hər kəsi Ankarada yerləşən Kanada Səfirliyinin nümayəndəliyi ilə seminar və konsultasiya gününə dəvət edirik!

Hər il Kanada universitetləri 130.000-ə yaxın əcnəbi tələbə qəbul edir və onlara 10.000-dən çox müxtəlif təhsil proqramları təklif edir. Bu proqramlar içərisində informasiya texnologiyaları, kompüter qrafikası, telekommunikasiya, kənd təsərrüfatı, əczaçılıq, biotexnologiyalar və s. var.

Kanada universitetlərində əldə edilən ali təhsil Amerikada və Böyük Britaniyada əldə edilən ali tıhsil ilə bərabər keyfiyyətə sahibdir. Eləcə də, Kanadada təhsil haqları və yaşayış xərcləri İngiltərə, Amerika, Avstraliya və Yeni Zellandiyadakı qiymətlərdən daha sərfəlidir.

Siz də təhsilinizi Kanadada davam etdirmək arzusundasınız, lakin suallarınıza dolğun və əsaslı cavablar tapa bilmirsiniz? O zaman, bu görüşü əsla qaçırmayın. Çünki 23 Fevral tarixində baş tutacaq tədbirimizdə Azərbaycanın Kanada səfirliyinin Viza şöbəsi və Türkiyədəki ticarət şöbəsinin Baş Konsulluğu iştirak edəcək. Qonaqlarımız Ezgi Çelik Ünal, Vefa Atağ, Oscar Jacobs sizlərə Kanadada təhsil və Viza prosesi ilə bağlı geniş məlumat verəcək və bütün suallarınızı cavablandıracaqlar.

Tədbir seminar xarakteri daşıyacaq, belə ki siz, Kanadada müxtəlif təhsil proqramları, endirimlər, viza proseduru və yaşam haqqında öyrənə biləcəksiniz. Daha sonra isə, sizi maraqlandıran bütün suallarınızı birbaşa səfirliyin nümayəndələrinə ünvanlamaq şansı əldə etmiş olacaqsınız.

23 Fevral saat 13:00-da hər birinizi JW Marriott Absheron otelin Khirdalan zalında gözləyirik! Görüşdə iştirak üçün qeydiyyatdan keçmək mütləqdir! *Giriş sərbəstdir.

*XÜSUSUİ QEYD

23 Fevral saat 12:00 - 18:00 arası JW Marriott Absheron otelin "Sharg" zalında "Education Sunday" adlı Xaricdə təhsil sərgizimiz də baş tutacaq. Bu tədbridə 100 üzəri dünyanın ən prstijli orta və ali təhsil müəssisəələri, eləcə də Kanada universitetləri də iştirak edəcək:

  • Royal Roads University (Victoria BC)
  • Stenberg College (Surrey BC) 
  • Centre for Arts & Technology

Arzu edənlər hər iki tədbirimizdə də iştirak edə bilər.

*Ətraflı məlumat üçün əlaqə: (+994 50) 291 79 72 (WhatsApp aktividir).

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.