"Mən kiməm?" sualına cavab tapmaq istəyən 14+ yaşlı uşaqlar üçün karyera TESTİ!

30

May

  • Tarix: 30/05/2021 10:00 - 30/05/2021 19:00
  • Məkan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Uğurlu karyera qurmaq şansınızı 4 dəfə artırın! Xarakter analizi.

Xaricdə təhsil - övladlarımıza və onların uğurlu gələcəyinə qoyulan ən dəyərli investisiyadır. Lakin, bu investisiya boşa çıxmasın deyə, uşaqlarınızın istedadlarına, ambisiyalarına və maraqlarına uyğun olan ixtisası seçmək çox vacibdir.

 

Öz keyfiyyəti ilə seçilən "Harrison Assessment" şirkəti ilə birlikdə gələcək şagirdlər və tələbələr üçün peşəkar rəhbərlik testləri keçirməyə davam edirik.

 

Sözügedən psixometrik test uşağa ən uyğun peşələri, onun güclü tərəflərini, motivasiyasının necə işlədiyini və daha çoxunu proqnozlaşdırır. İnsan bir çox hallarda sınayana qədər nəyi sevdiyini bilmir. İnsan davranışı ilə bağlı 25 illik araşdırma nəticəsində Harrison Assessments övladınızın, heç yoxlamadığı təqdirdə belə işləməkdən zövq alacağı sahələri proqnozlaşdıra bilər. Qeyd edək ki, haqqında danışdığımız Profor. Rəhbərliyi Testləri dünyanın 62 təhsil müəssisəsi və şirkətləri tərəfindən tədbiq olunmaqdadır.

 

Professional rəhbərlik testinin ödənişi €150 təşkil edir. Test üçün minimum yaş 14+ hesab olunur. Testləşmənin keçirilməsi və sonrakı təhlili onlayn aparılır.

 

Test sonrası, peşəkar xaricdə təhsil menecerlərimiz İngiltərə, ABŞ, Kanada, Hollandiya, İsveçrə, İspaniya və İrlandiyada, əldə olunmuş nəticələrə uyğun təhsil müəssisəsi seçməyinizə kömək edəcəkdir.

 

İnsan xoşbəxliyinin onun işindən asılı olması faktı qaçınılmazdır. Missiyamız - Sizə (övladınıza) ən uyğun gələcək karyeranı qurmaqda dəstək olmaqdır!

 

Qatılmaq üçün qeydiyyatdan keçmək zəruridir! Sonrakı etapda sizinlə əlaqə saxlanılacaq.

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər