12.000 avrodan başlayan təhsil haqqı ilə HOLLANDİYADA TƏHSİL

25

Dekabr

  • Tarix: 25/12/2021 10:00 - 25/12/2021 19:00
  • Məkan: 8 noyabr pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

Münasib təhsil xərcləri ilə təhlükəsiz və multikultural mühit

Qədim dəyirmanlar, rəngarəng lalələr, qırmızı işıqlı küçələr, əyləncəli taxta ayaqqabılar... Əslində bu ölkə bu stereotiplərdən qat-qat artıqdır. Qeyri-adi təbiəti, çoxlu qalaları və qədim şəhərləri ilə Qərbi Avropanın ən mənzərəli ölkələrindən biridir.

Münasib təhsil xərcləri ilə təhlükəsiz və multikultural mühit bu ölkəni xaricdə təhsiliniz üçün inanılmaz dərəcədə cəlbedici bir məkana çevirir. Hollandiya tamamilə ingilis dilində tədris olunan beynəlxalq təhsil proqramlarını təklif edən ilk ölkələrdən biridir. O, həmçinin hər il dünyada on minlərlə beynəlxalq tələbəni cəlb edən yenilikçi və çox sadə tədris üslubu ilə tanınır.

Hollandiya universitetlərində 500 minə yaxın yerli tələbə və 100 minə yaxın əcnəbi təhsil alır. The Times dünyanın ən yaxşı 200 universiteti sırasına ölkənin 14 tədqiqat universitetindən 11-ni daxil edib.

Hollandiyada ali təhsil ikili sistemi ilə tanınır. Bu o deməkdir ki, tələbələr iki növ universitetdən birində, iki təhsil növündən birində təhsil almağı seçə bilərlər:

 

Research Universities - tədqiqat universitetləri;

Universities of Applied Sciences - Tətbiqi Elmlər Universitetləri;

 

Ölkədə 10-dan çox belə universitet var. Onların hamısı dünyada yaxşı tanınır və yaxşı reytinqlərə malikdir. Həmçinin, onların hamısı ümumi profilli və ixtisaslaşdırılmış universitetlərə bölünür.

Xaricdə təhsil macəranız üçün təklif etdiyimiz ən yaxşı Hollandiya universitetləri:

 

  • University of Amsterdam
  • Amsterdam University of Applied Sciences
  • Erasmus University Rotterdam 
  • Vrije University Amsterdam
  • Tilburg University
  • Hanze University of Applied Sciences
  • University of Twente
  • The Hague University of Applied Sciences
  • Breda University of Applied Sciences
  • Nyenrode Business Universiteit
  • Rotterdam University of Applied Science
  • Webster University Leiden
  • Wittenborg University of Applied Sciences

 

Hollandiya Avropa qitəsindəki ölkələrə asanlıqla gedə biləcəyiniz bir ölkədir. Həm sərhəd qonşuları Almaniya və Belçika, həm də dəniz yolu ilə gedə biləcəyiniz bir çox ölkə sayəsində tələbə həyatınızı daha da maraqlı keçirə biləcəksiniz.

Hollandiya universitetinə müraciət etmək də olduqca sadədir. Bundan əlavə, hökumət təhsildə keyfiyyət standartlarına riayət olunmasına diqqətlə nəzarət edir, həmçinin təhsili haqqının tələbələr arasında populyar olan digər ölkələrlə (ABŞ, Avstraliya, Britaniya) müqayisədə xeyli aşağı olmasını təmin edir.

 

Siz də təhsilinizi Hollandiyada davam etdirmək istəyirsinizsə, Azeri Student komandası ilə əlaqə saxlamağa tələsin!

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 254 03 27 / 050 254 03 29

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil Almış Tələbəmizdən Məsləhətlər

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər