21 aprel - Kanada təhsil - Seneca College nümayəndəsi Tarık Sökmen ilə görüş

21

Aprel

  • Tarix: 21/04/2022 13:00 - 21/04/2022 18:00
  • Məkan: 8 November Ave, Azure Business Center 20th Floor, Office 135 Baku, Azerbaijan, AZ1025

Kanada təhsil haqqında bütün suallarınızı Seneca College nümayəndəsi Tarik Sokmen ilə müzakirə etmə şansı.

Seneca College Toronto Kanadanın ən böyük və ən məşhur dövlət kolleclərindən biridir. Kanada əmək bazarında, demək olar ki, bütün mütəxəssislər Seneca Kollecinin məzunlarıdır. Kollec nəzəri bilikləri praktika ilə səmərəli şəkildə birləşdirdiyi üçün məzunların iş tapmaq şansları yüksəkdir. Kollecin bütün kampusları ən yeni texnologiya və kompüterlərlə təchiz olunub. 

 

Məşhur bakalavr proqramları: 

  • Accounting and Finance
  • Business Management
  • Software Engineering

 

Bakalavr dərəcəsinə qəbul tələbləri:

1. İngilis dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş əlavə ilə orta təhsil haqqında attestat.

2. Dil biliyinin təsdiqi: IELTS 6.5 test nəticəsi (hər bölmə üzrə 6.0-dan az olmayan) və ya TOEFL 84 imtahan nəticəsi (hər bölmə üzrə 21-dən az olmayaraq)

 

İstər Seneca Beynəlxalq Akademiyasında, istərsə də başqa kampusu seçməyinizdən asılı olmayaraq, Seneca tələbə yönümlü tədris və öyrənmə sahəsində aparıcı ali təhsil müəssisəsi olaraq tanınır. Siz də Seneca College haqqında daha ətraflı məlumat əldə etmək istərdinizsə 21 aprel görüşünü qaçırmayın.

 

  • 21 apreldə keçiriləcək görüşə xaricdə təhsillə maraqlanan hərkəs dəvətlidir!
  • Nəzərinizə çatdıraq ki, görüşdə iştirak üçün qeydiyyat zəruridir. Qeydiyyatdan keçdikdə görüşə gələ biləciyiniz günü və saatı qeyd etməyiniz xahiş olunur.
  • Ünvan: 8 noyabr prospekti 15, Azure Business Mərkəzi, 20-ci mərtəbə.
  • Saat: 13:00 - 18:00 aralığında

 

Xaricdə təhsil qaydaları, gələcəkdə əldə edə biləcəyiniz şanslar, bu günümüzün ehtiyac duyulan sahələri haqqında bütün məlumatları bu tədbirdə əldə edə biləcəksiniz. Ətraflı məlumat üçün Azeri Student komandası əlaqə saxlaya bilərsiniz!

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 254 03 29 / 050 512 28 28 / 050 254 03 27

Email: [email protected]

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil Almış Tələbəmizdən Məsləhətlər

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər