ABŞ və İngiltərə üçün hələ gec deyil! UCAS və Common App təqdimatı

26

Noyabr

  • Tarix: 26/11/2020 09:00 - 15/12/2020 19:00
  • Məkan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135

ABŞ və ya İngiltərədə təhsil xəyalındasan? Sənədlərini təqdim edib Yanvar 2021-dən təhsilə başlamaq üçün hələ gec deyil!

ABŞ və İngiltərənin təhsil müəssisələri hələ də mürəciətləri nəzərdən keçirir və Yanvar 2021 tədris ilinə aktiv hazırlaşır. Bunun üçün, UCAS və Common App platformalarının rəsmi nümayəndələri ilə fərdi görüşlərə qoşulun!

 

Bu nədir?

UСAS (The Universities and Colleges Admissions Service) İngiltərənin 5 universitetinə eyni anda müraciət edə biləcəyiniz rəsmi Britaniya tələbə qəbulu xidmətidir

Common App (Common Application) - Amerikanın TOP universitetlərinə müraciət edə biləcəyiniz rəsmi platformadır.

 

Biz hər iki təşkilatın rəsmi tərəfdaşıyıq və American University, New York Film Academy, Auburn University və s. kimi TOP Amerika universitetlərinə, eləcəcə də, Warwick University, University of St. Andrews, University of Bristol və s. kimi Böyük Britaniya universitetlərinə hazırlaşmaqda sizə dəstək olmağa hazırıq.

 

Görüşlər zamanı nələr öyrənəcəksiniz:

  • Hansı universitetin və proqramın sizə uyğun olduğunu

  • Universitetlərin qəbul tələbləri: müraciət tarixləri, lazımi sənədlər və həmçinin COVID-19 ilə əlaqəli dəyişikliklər

  • İmtahanlara hazırlıq prosesləri, portfolio və digər zəruri məlumatlar

 

Təhsil haqqı:

ABŞ: 15,000$-dan başlayaraq (yataqxana və qidalanma daxil deyil)

Böyük Britaniya: £15,000-dan başlayaraq (yataqxana və qidalanma daxil deyil)

 

Görüşdə iştirak etmək üçün qeydiyyat mütləqdir! Bunun üçün saytda qeydiyyatdan keçə və 050 291 79 72 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz!

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər