Almaniyanın ən gənc universitetləri arasında yer alan JACOBS UNİVERSİTY nümayəndəsi ilə GÖRÜŞ

11

Oktyabr

  • Tarix: 11/10/2021 13:00 - 11/10/2021 18:00
  • Məkan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

11 oktyabrda keçiriləcək görüşə bakalavr və magistratura proqramları ilə maraqlanan hərkəs dəvətlidir!

Bu xəbərimiz Almaniyada təhsil almaq istəyən tələbələr üçündür. Belə ki, Almaniyanın ən gənc universitetlərindən biri olan Jacobs University’nin nümayəndəsi 11 oktyabr 2021-ci il tarixində sizinlə görüşə gəlir.

Əminik ki, bu görüş sayəsində sizə qaranlıq qalan bütün suallara cavab tapa biləcək, Almaniyada təhsil xəyallarınız üçün ilk addımı atacaqsınız. Nümayəndə ilə görüş zamanı siz universitet və qəbul qaydaları haqda ətraflı məlumatları əldə edəcəksiniz.

 

11 oktyabrda keçiriləcək görüşə bakalavr və magistratura proqramları ilə maraqlanan hərkəs dəvətlidir!

 

Nəzərinizə çatdıraq ki, görüşdə iştirak üçün qeydiyyat zəruridir.

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə.

Saat: 13:00 - 18:00 aralığında

 

Universitet haqqında məlumat

Jacobs University 2001-ci ildə Free Hanseatic City of Bremen, the University of Bremen və Rice University, Houston, Texas Universitetinin dəstəyi ilə qurulmuşdur.

Beynəlxalq universitetlərdən biri olan Jacobs University, Almaniyanın Bremen şəhərində yerləşən, dövlət tərəfindən tanınan özəl universitetdir.

Hal-hazırda 120-dən çox ölkədən, 1500-dən çox tələbə iş və elm sahəsində beynəlxalq karyera imkanları əldə etdikləri Bremen şəhərində təhsil alır.

 

#26 Dünyanın ən gənc universitetləri arasında

#5 Almaniyanın ən gənc universitetləri arasında

#364 Avropa universitetləri arasında

#57 Almaniya universitetləri arasında

 

Jacobs University təbiət elmləri, riyaziyyat və mühəndislikdən, sosial elmlər və iqtisadiyyata qədər fənlər arası geniş təhsil proqramları təklif edir. Sinif otaqları kiçikdir, beləki, bir professor hər tələbə üçün fərdi rəhbər və akademik məsləhətçi rolunu oyanyır. Tələbələr təhsillərinin ilk ilindən etibarən tədqiqatlarda iştirak edirlər.

Almaniyanın Ali Təhsil Mərkəzi (CHE) tərəfindən ən əhatəli və detallı universitet reytinqlərində Jacobs Universiteti davamlı olaraq ən yüksək sıralardadır. Jacobs məzunları gələcək cəmiyyətə təsir göstərəcək qlobal vətəndaşlar olaraq yetişirlər.

 

Populyar ixtisaslar:

  • Bachelor of Arts

  • Bachelor of Science

  • Master of Arts

  • Master of Science

  • Executive Master

  • Doctor of Philosophy

 

Görüşə qatılmaq üçün saytımızdan qeydiyyatdan keçmək mütləqdir. Ətraflı məlumat üçün Azeri Student komandası əlaqə saxlaya bilərsiniz!

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 295 97 75 / 050 254 03 27

E-mail ünvanı: [email protected]

 

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər