American Collegiate LA - Beynəlxalq Bakalavr Proqramı

16

Avqust

  • Tarix: 16/08/2021 10:00 - 16/08/2021 19:00
  • Məkan: 8 noyabr pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

TOP reytinqli universitetlər üçün qlobal tələblərin hazırlanması

Məqsədiniz ABŞ universitetlərinə qəbul olmaqdırsa və daha çox dəstəyə ehtiyacınız varsa, American Collegiate LA, ABŞ universitetlərlərinə hazırlaşmaq üçün sizə bir il təqdim edir. American Collegiate, Los Angeles, UCLA Extension vasitəsilə ciddi akademik kursları beynəlxalq tələbələr üçün fərdi dəstəklə birləşdirən elit, bir illik transfer proqramıdır.

UCLA Kaliforniya Universitetinin əlavə tədris proqramı olaraq, 1917 -ci ildən bəri həm beynəlxalq tələbələrə, həm də Amerikalılara sertifikat və diplom proqramları təqdim edir. UCLA Extension vasitəsilə hər il 65.000-dən çox yetkin tələbəyə bir çox fərqli sahədə ömrü boyu istifadə edilə bilən keyfiyyətli proqramlara qoşulma şansı verir.

Siz bu kurslarda iştirak etməklə 20 ən yaxşı universitetdən kredit qazanacaq və ABŞ-ın aparıcı təşkilatlarına transfer olma şansı əldə edəcəksiniz. Giriş tələbləri ölkəyə, proqrama və təhsil səviyyəsinə səviyyəsinə görə dəyişir.

Dünyanın əyləncə paytaxtı sayılan Los Angeles, uzun sahil boyu uzanan çimərlikləri, günəşli havası və Hollivudla güclü əlaqələri ilə tanınan mədəni baxımdan fərqli bir şəhərdir. Bu şəhərdə yaşayacağınız təhsil həyatı sizə əlavə həyat təcrübəsi də qazandıracaqdır. Təhsil haqqı, mənzil, yemək və digər ödənişlər dərəcə proqramına, yaşayış yerinə və seçimlərə görə dəyişir.

 

Son müraciət tarixi: 16 Avqust 2021

 

American Collegiate LA, onlayn kurslar, son qəbul tarixi və digər məsələlərlə bağlı daha ətraflı məlumat almaq istəyirsinizsə Azeri Student komandasına vaxt itirmədən müraciət edin!

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər