American Collegiate Live

23

Avqust

  • Tarix: 23/08/2021 10:00 - 23/08/2021 19:00
  • Məkan: 8 noyabr pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

Evdə və ya yerli bir təhsil mərkəzində təhsilinizə Live texnologiyası ilə qoşulun. ABŞ professorlarından dərslər alın və ABŞ və Kanada universitetləri tərəfindən tanınan kurs krediti qazanın.

Amerika Universitetlərinə olan təhsil səyahətinizə American Collegiate Live ilə başlayın. Qeyd edək ki, buradakı kurslar ABŞ-ın milli universitetlərinin müəllimləri tərəfindən tədris olunur.

Əgər artıq aşağıda sadalanan kollec və ya universitetlərdən birinə müraciət etmisinizsə və ya qəbul olunmusunuzsa, American Collegiate Live vasitəsilə universitet proqramınıza inamla başlaya bilər və dərəcənizlə əlaqədar tanınmış kreditlər qazanma şansı əldə edə bilərsiniz.

Birinci kurs tələblərinə cavab vermək üçün aşadğıdakı kursları keçə bilərsiniz:

 

  • İngilis dili oxuma və yazma
  • Riyaziyyat
  • Humanitar elmlər və s.

 

American Collegiate Live, tələbə müvəffəqiyyətini təmin etmək üçün hazırlanmış müxtəlif proqramlar təqdim edir. Həm universitet proqramına, həm də American Collegiate Live-ə qəbul olan tələbələr, ingilis dil biliklərinə, akademik keyfiyyətlərinə və təyinat universitetlərinə əsaslanaraq müvafiq qruplara yerləşdiriləcəklər. Bakalavr proqramının 1-ci və 3-cü bölmələrinə giriş üçün minimum 2.5 GPA tələb edilir. Qazanılan kreditlər tələbənin proqramına və universitetə qəbul meyarlarına görə dəyişir.

4-cü bölmə isə həm bakalavr, həm də magistr tələbələri üçün əlçatan olan kreditsiz ingilis dili proqramıdır. 4-cü pilləni davam etdirən tələbələr 2-ci alternativ başlanğıc tarixi seçə bilərlər. Bütün tələbələr, giriş üçün minimum 2.5 GPA tələbinə cavab verməlidirlər.

American Collegiate Live proqramı çərçivəsində qazanılan bütün kreditlər, Amerika Birləşmiş Ştatları, Kanada və digər ölkələrdəki kollec və universitetlərdə geniş kredit tanınması olan milli sıralanmış və regional olaraq akkreditə olunmuş universitetlər tərəfindən öyrədilir və transkript edilir.

Aşağıdakı siyahıda American Collegiate Live-də köçürmə üçün qazanılan kreditləri qiymətləndirən və tədris proqramı üçün mövcud kurs ekvivalentləri olan bəzi kollec və universitetlərin qeyd edilmişdir. Nəzərə alın ki, təyinat universitetiniz tərəfindən tanınan kreditlərin sayı universitet, fakultə və ingilis dili biliyinizə görə dəyişə bilər.

 

  • Adelphi University
  • American University
  • Auburn University
  • University of Kansas
  • University of Massachusetts, Boston
  • Florida International University
  • Gonzaga University
  • University of Kansas
  • University of Massachusetts, Boston
  • University of the Pacific
  • University of Utah

 

Son müraciət tarixi: 23 avqust / FALL 2021

5 oktyabr /FALL 2021 SESSION II

 

American Collegiate Live, onlayn kurslar, son qəbul tarixi və digər məsələlərlə bağlı daha ətraflı məlumat almaq istəyirsinizsə Azeri Student komandasına vaxt itirmədən müraciət edin!

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər