08
Yanvar
Əziz tələbələr və valideynlər! Sizləri 8 Yanvar saat 16:00 - 17:00 arası Amerikada bakalavr təhsilini başa vuran tələbəmiz Yusif İmanovla canlı söhbətə dəvət edirik. Hal hazırda Yusif, University of Pacific'də IT sahəsi üzrə təhsil alır. Görüşə qatılmaqla siz, Amerika təhsil sisteminin bütün özəllikləri, müsbət və mənfi cəhətləri haqqında öyrənə biləcəksiniz.
Eləcə də, tələbə həyatı, yaşam və əyləncə xərcləri, iş imkanları haqqında bütün suallarınıza, artıq üç ildən çoxdur ki, Amerika tələbəsi adını daşıyan tələbəmizdən cavab tapa biləcəksiniz.
Amerikanı tələbə gözündən tanımaq və artıq daha əmin addımlarla universitet və şəhər seçimi edə bilmək üçün bu unikal fürsəti əldən verməyin, əziz şagirdlər, tələbələr və övladının xaricdə keyfiyyətli təhsil almasını arzulayan valideynlər!
Görüşdə iştirak üçün qeydiyyatdan keçmək kifayyətdir.
Ətraflı məlumat üçün: (+994)502917972
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.