Avropada təhsil - Nümayəndə ilə GÖRÜŞ

07

Aprel

  • Tarix: 07/04/2021 19:00 - 07/04/2021 20:00
  • Məkan: Online

Sentyabr 2021-dən Hollandiya və Almaniyanın aparıcı universitetlərində təhsil almaq istəyən hər kəs bu görüşə dəvətlidir! Giriş sərbəstdir.

Artıq Sentyabrdan Avropa sizləri gözləyir!

 

Bilirik ki, xaricdə təhsil qız və ya oğlan valideynləri üçün çox çətin və məsuliyyətli bir qərardır. Onların təhlükəsizliyi, yaşayış səviyyəsi, müxtəlif xərclər və s. Hələ onların seçib yaşayacaqları ölkəni demirik. Hədsiz çox sual ortaya çıxır deyilmi? Bu suallara son qoymaq üçün məktəbin son ilində olan bütün şagirdləri, məzunları və onların valideynlərini 7 Aprel, saat 19:00-da baş tutacaq aparıcı Avropa universitetlərinin nümayəndələri ilə görüşə dəvət edirik!

 

Görüşə qatılacaq universitetlərin siyahısını təqdim edirik:

 

Aparıcı Avropa universitetlərinə aparan uğur körpünüz - International Foundation Programme! Biz sizə yuxarıda sadalanan universitetlərdə International Foundation akademik hazırlıq proqramlarını təklif edirik. Bu poqramlar sayəsində siz bir akademik ili boyunca ingilis dili səviyyənizi və akademik göstəricilərinizi maksimuma çatdıraraq, eyniadlı universitetlərin bakalavr proqramlarına keçid almış olacaqsınız.

 

Hollandiya, daha doğrusu Niderland Qərbi Avropada yerləşən kiçik bir ölkədir. Bilirdinizmi ki, Hollandiya dünyanın ən zəngin ölkələrindən biri hesab olunur? Hollandiya həm yaşamaq, həm gəzmək, həm də təhsil almaq üçün ən ideal seçimlərdən biridir! Demək olar ki, ölkənin bütün universitetləri "THE Wоrld University Rankings" reytinqinə əsasən TOP 200-də yer alırlar. The Hague Pathway College-də dərslər Sentyabrdan başlayacaq. Sənədlərinizi göndərmək üçün SON müraciət tarixi: 15 İyul 2021! University of Twente isə öz növbəsində dünya üzrə TOP 179-cu yerdə qərarlaşır. Universitet daxilində Twente Pathway College proqramına sənədlərinizi göndərmək üçün SON tarix: 15 İyun 2021. 

 

Və son olaraq, sizləri TOP İngiltərə universiteti ilə tanış etmək istərdik: Lancaster University! 120 UK universiteti arasında universitet 3 reytinq sıralamasında TOP 10-ğa daxil olmuşdur: The Times & Sunday Times Good University Guide 2021, The Guardian University Guide 2021The Complete University Guide 2021. Biz sizə sözügedən universitetin Almaniya filialı olan Lancaster University Leipzig-də ingilis dilində təhsil imkanı təklif edirik! Siz də Almaniyada UK dərəcəsi əldə etmək üçün tələsin! SON müraciət tarixi:15 İyul 2021!

 

Niyə məhz Almaniyada oxumalısan?

  • Təhsil sonrası 18 aylıq iş vizası
  • Tələbə vizası ilə Avropanı gəzin
  • Əlverişli yaşayış xərcləri
  • Canlı və dinamik həyat tərzi və daha bir çox imkanlar.

 

Sözügedən bütün proqramlar haqqında sullarınıza birbaşa universitetlərin rəsmi nümayəndələrindən cavablar almaq istərdinizmi? O zaman, bu görüşü əsla qaçırmayın, çox faydalı olacaq!

 

Tarix: 7 Aprel, saat 19:00-da

Məkan: online (İştirak üçün qeydiyyat mütləqdir!)

 

Ünvan:

Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135.

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər