28
Oktyabr
Istituto Marangoni 1935-ci ildə məşhur geyim dizayneri Giulio Marangoni tərəfindən əsası qoyulmuş Avropanın ən perspektivli incəsənət universitetidir. Bu gün Istituto Marangoni kampusları dünya modasının paytaxtlarında yerləşir: Milan, Florensiya, London, Paris, Şanxay, eləcə də Miami, Mumbai və Shenzhen.
80 illik tarixi ərzində Istituto Marangoni aparıcı yaradıcı universitet kimi qüsursuz reputasiya qazanıb və moda təhsili sahəsində dünya lideri olub. Bu gün Istituto Marangoni moda, dizayn və incəsənət sahəsində bakalavr və magistr proqramları vasitəsilə keyfiyyətli ali təhsil təklif edir.
Istituto Marangoni-nin əsas kampusu Milanın mərkəzində, dünyaca məşhur Montenapoleone küçəsinin yanında yerləşir, burada dünya brendlərinin butikləri Dior, Valentino, Versace və s. yer alır.
Istituto Marangoni kurikulumunda praktiki məşqlərə çox diqqət yetirilir: tələbələr layihələr hazırlayır, sərgilərdə və moda nümayişlərində iştirak edirlər: Milano Dizayn Həftəsi, London Moda Şousu, Monte Karlo Moda Həftəsi və s.
Istituto Marangoni Milano'da Moda Dizaynı tələbələri tərəfindən hazırlanan kolleksiyaların fikirlərindən ilham alaraq virtual açıq qapı günləri həyata keçirir. Siz, bu seminarlar sayəsində Moda nümayişinlərində məkan seçimindən tutmuş podiumun qurulmasına, modelin seçilməsi, üslub, saç düzümü və makiyajdan səs dizaynına qədər hər bir nüans haqqında maraqlı biliklər öyrənə biləcəksiniz.
Elə indi saytımızdan qeydiyyatdan keçin, Virtual Açıq Qapı günlərində iştirak edərək, Fashion Design, Fashion Business, Fashion Styling, Curating Art & Fashion, Art Management sahələri üzrə Bakalavr və Magistr kurslarını kəşf edin.
Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə
Əlaqə: 050 512 28 28 / 050 254 03 27
E-mail ünvanı: [email protected]
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.