AZERİ STUDENT BEYNƏLXALQ TƏHSİL SƏRGİSİ

10

Oktyabr

  • Tarix: 10/10/2021 12:00 - 10/10/2021 17:00
  • Məkan: JW Marriott Absheron Baku, 674 Azadliq Square, Baku 1000

Sərgi 10.10.2021 tarixində JW Marriott Absheron Baku oteldə baş tutacaq.

10 oktyabr 2021-ci il tarixində Azeri Student xaricdə təhsil şirkətinin təşkilatçılığı ilə Beynəlxalq Təhsil Sərgisi baş tutacaq.

Sərgi ölkənin ən prestijli təhsil tədbiri olmaqla yanaşı, xaricdəki təhsil sektorları ilə mütəxəssislər, tələbələr, valideynlər arasında qarşılıqlı fəaliyyət platformasıdır. Sərgi iştirakçıları ondan artıq ölkənin yüzdən çox universitetində bakalavr, magistr, doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları haqqında tələbə və valideynləri, lazımi informasıya ilə məlumatlandıracaqlar.

Beynəlxalq Təhsil Sərgisində gün ərzində siz paralel olaraq sənədləşmə, viza prosesləri, Azeri Student Dil Kursları daxilindəki SAT, IELTS, TOEFL və s. proqramlar haqqında bütün məlumatları əldə edəcəksiniz.

 

Sərginin əsas bölmələri:

  • Xaricdə ali təhsil - Bakalavr, Magistratura, MBA, aspirantura, doktorantura

  • Online təhsil

  • Xaricdə orta təhsil

  • Dil kursları, kurslar, yay məktəbləri, treyninqlər

 

Qeyd edək ki, Azeri Student Beynəlxalq Təhsil Sərgisi tələbələrin təhsilə təşviqi üçün ən səmərəli vasitələrdən biridir. Bu il sərgidə təmsil olunacaq təhsil müəssisələri, tədris ocaqları, şirkət və təşkilatlar da bunu bir daha sübut edir.

 

Giriş: Ödənişsizdir!

Tarix: 10 oktyabr 2021-ci il

Saat: 12:00 - 17:00 aralığında 

Sərginin keçiriləcəyi məkan: JW Marriott Absheron Baku Hotel

 

Qeyd: Sərgi zalına daxil olarkən 18 yaşından yuxarı hər bir iştirakçı Peyvənd Sertifikatını və ya birinci dozanın vurulması haqqında sənədi təqdim etməlidir.

 

DİQQƏT!!! Sərgidə iştirak üçün saytımızdan qeydiyyatdan keçməyiniz mütləqdir.

 

Sərginin zəngin məzmunu və təmin etdiyi beynəlxalq imkanlar haqqında daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlamağa tələsin!

 

Əlaqə: 050 295 97 75 / 050 254 03 27

E-mail ünvanı: [email protected]

 

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər