Britaniya üçün SON şans! | Nümayəndə ilə GÖRÜŞ

03

Oktyabr

  • Tarix: 03/10/2020 12:00 - 03/10/2020 19:00
  • Məkan: Nobel Avenue 15, Azure Business Centre, 20th floor, office 135, Azeri Student ofisi

Böyük Britaniyanın ən nüfuzlu orta və ali təhsil müəssisələrində Noyabr və Yanvar 2021-dən təhsil almaq istəyən bütün məktəbli, tələbə və valideynləri 3 Oktyabr günü saat 12:00-dan 19:00-dək davam edəcək "Britaniyada Təhsil Günü"-nə gününə dəvət edirik! Artıq təhsilini başa vurmuş və uğurlu karyeraya start vermiş Azeri Student tələbələri də bu görüşdə iştirak edərək öz təcrübələrini sizinlə bölüşəcək!

Xaricdə təhsil almaq üçün ölkə seçimi hər zaman uğurla başa çatmır. Lakin, düşünmədən öz siyahınıza əlavə etməli olduğunuz ölkələr siyahısında Böyük Britaniya ilk sıralarda yer alır! Çünki məhz İngiltərə diplomu sizə arzusunda olduğunuz dünya şirkətlərinin qapısını açacaq!

İngiltərədə təhsil almaq üçün saysız səbəblər sadalamaq olar. Bunlardan ən vacibi isə uğurlu beynəlxalq karyera əldə etmək və ingilis dilinizi tam bir britaniyalı səviyyəsinə qədər inkişaf etdirməkdir. Daha bir önəmli səbəblər siyahısında, ölkənin saysız kollec və ali təhsil müəssisəsinə sahib olması faktı yer alır. Üstəlik sözügedən təhsil ocaqları keyfiyyət baxımından biri birindən heç də geri qalmır.

Düşünürsünüz ki, bu il artıq Britaniya tələbəsi və ya şagirdi adını qazanmaq üçün çox gecdir? Qərar vermək üçün tələsməyin! İngiltərərinin ən nüfüzlu və reytiqnli təhsil müəssisələrinin bir çoxu Noyabr 2020 və Yanvar 2021 qəbulu üçün müraciətləri davam etdirməkdədir.

Seçim prosesini asanlaşdırmaq üçün, sizləri 3 Oktyabr tarixində baş tutacaq "Britaniyada Təhsil Günü"-nə dəvət edirik! Qapalı görüşün əsas özəlliklərindən biri də o olacaq ki, siz məktəblər və universitetlər haqqında yalnız #AzeriStudent xaricdə təhsil mütəxəssislərindən deyil, həmçinin universitetlərin və məktəblərin rəsmi nümayəndələrindən canlı şəkildə məlumat ala biləcəksiniz. Şad xəbərimiz bununla bitmir! Həmçinin siz, hələ təhsilini davam etdirən və ya artıq İngiltərinin qlobal şirkətlərində uğurlu karyeraya start vermiş məzunlarımız ilə də canlı söhbət imkanı əldə edəcəksiniz. Bu möhtəşəm fürsəti qaçırmamaq üçün, yuxarıda yerləşdirilən "Qeydiyyat" bölməsinə keçərək iştirak etmək istəyinizi bildirməyi unutmayın.

Bu tədbirdə sizləri nə gözləyir:

  • İngiltərənin orta məktəblərində, bakalavr, magistratura və MBA proqramlarında təhsil imkanları haqqında geniş prezentasiya (Rəsmi nümayəndələr tərəfindən). Eləcə də, Noyabr və növbəti qəbullar üçün tələb olunan göstəricilər haqqında məlumat.

  • Azeri Student xaricdə təhsil mütəxəsssisləri ilə konsultasiya. İndividual danışıq əsasında, məhz sizə uyğun təhsil müəssisələri və proqramlarının siyahısını əldə etmiş olacaqsınız.

  • Tələbə və məzunlarımızın əldə etdiyi uğur hekəyasini məhz onların dilindən eşitmək imkanı. Bu siyahıda hal-hazırda İngiltərənin və dünyanın ən nəhəng bankları siyahısında yer alan Barclays əməkdaşı, University College London məzunu tələbəmiz də yer alır.

Böyük Britaniyada orta təhsil:

İmkanlar:

  • Tədris sonunda TOP İngiltərə universitetlərinə zəmanətli qəbul.

  • İngiltərə məktəbinə transfer istənilən vaxt mümkündür.

İllik təhsil haqqı (yalnız): £14.000+

Böyük Britaniyada bakalavr təhsili:

İmkanlar:

  • Hal-hazırda təhsil aldığınız universitetdən Britaniya universitetinə istənilən vaxt transfer imkanı.

İllik təhsil haqqı (yalnız): £12,000+

Böyük Britaniyada magistratura və MBA təhsili:

İmkanlar:

  • Məzun olduqdan sonra Britaniyada bir illik iş icazəsi.

İllik təhsil haqqı (yalnız): £13,000+

XÜSSUSİ QEYD!

Tədbir saat 12:00-dan 19:00-dək davam etsə də, nümayəndələr, konsultantlar və tələbələr ilə görüşlər ayri-ayri saatlar da baş tutacaq. Bu səbəbdən, tədbirə qatılmazdan öncə bizimlə əlaqə saxlamağl unutmayın.

İştirak üçün qeydiyyat mütləqdir! Giriş sərbəstdir!

Tarix: 3 Oktyabr

Ünvan: Nobel Prospekti 15, Azur Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135, Azeri Student

Ətraflı: +994505122828

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.