Öz ölkəni tərk edib tamamilə başqa bir mühitdə yeni həyata başlamaq önəmli bir addımdır. Qərar vermədən öncə universitet, ölkə, şəhər haqda az da olsa maraqlanmaq yaxşı olar. Azeri Student şirkəti olaraq dəqiq məlumatlar almağınız üçün University İllinois at Chicago-nun rəsmi nümayəndəsini sizinlə görüşə dəvət etmişik.
Əgər siz də 2019-cu ildə Çikaqoda tələbə statusu qazanmaq istəyirsinizsə Marshall Housermana sizi maraqlandırsan bütün suallarınızı yönləndirə bilərsiniz.
Universitetin şüarında deyildiyi kimi: Öyrən, Araşdır, Çalış və Qeydinə qal!
Qeyd edək ki, UIC Çikaqoda yeganə elmi-tədqiqat universitetdir və Amerika üzrə 78-ci yerdədir. Universitetdə 30.000-ə yaxın tələbə təhsil alır və nəzərə alın ki, gələn il siz də onlardan biri ola bilərsiniz.
Tələbələrin universiteti seçmək səbəblərindən biri isə onun şəhərin tam mərkəzində yerləşməsidir. Çikaqo ümumiyyətlə, Amerikanın texnologiya, maliyyə, biznes mərkəzi sayılır. Bu isə universiteti bitirən məzunların daha tez iş tapmasına müsbət təsir göstərir.
Burda təhsil almaq sizə nə qata bilər? Yüzlərlə Universitet arasında niyə məhz UIC?
-
UIC Çikaqoda biznes proqramları üzrə birinci yerdədir
-
Apple, Boeing, Pixar, Nike, Ralph Lauren səviyyəsində şirkətlərdə təcrübə proqramı keçmək şansı
-
Çikaqo Dünyanın inkişaf edən 6 ən müasir şəhərləri sırasına daxildir.
-
Mühəndislik proqramına görə Dünya üzrə ən güclü #70 universitetindən biridir
Daha artıq səbəblər kəşf etmək istəyirsiniz? Elə isə qeydiyyatdan keçib 30 Noyabr tarixində ofisimizə yaxınlaşın!
Tədbir yalnız bakalavr pilləsi ilə maraqlanan tələbələr üçün nəzərdə tutulub.