DÖVLƏT PROQRAMINA AZERI STUDENT İLƏ MÜRACİƏT ŞANSI

19

May

  • Tarix: 19/05/2022 10:00 - 29/07/2026 19:00
  • Məkan: 8 November Ave, Azure Business Center 20th Floor, Office 135 Baku, Azerbaijan, AZ1025

Azeri Student Dövlət Proqramına daxil olan universitetlər üçün müraciət xidməti də təklif edir.

“Gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ölkəmizin gələcəyini müəyyənləşdirəcək gənclərin təhsili istiqamətində yeni yollar açacaq. 2022-2026-cı illərdə, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin ali təhsil müəssisələrində təhsilinin təmin edilməsi Dövlət Proqramının hədəf göstəricisidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə etməsi nəzərdə tutulub.

 

Dövlət Proqramına daxil olan ixtisaslar isə həm müasir, həm də gələcək əmək bazarının tələbləri əsasında formalaşdırılmışdır.

 

Belə ki, proqramın icrası zamanı aşağıdakı prioritet ixtisas sahələrinə üstünlük veriləcəkdir:

- informasiya texnologiyaları;

- mühəndislik;

- statistika və verilənlərin təhlili;

- fundamental və tətbiqi elmlər;

- ictimai səhiyyə;

- təhsil;

- ətraf mühit;

- aviasiya və kosmos;

- dövlət idarəetməsi;

- nəqliyyat və logistika;

- energetika;

- iqtisadiyyat;

- maliyyə;

- arxitektura və dizayn;

- kənd təsərrüfatı


Dövlət proqramına Avstraliya, Avstriya, ABŞ, Almaniya, Belçika, Braziliya, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, İspaniya, Hindistan, İsveç, İsrail, İtaliya, İsveçrə, Kanada, Malayziya, Niderland, Norveç, Portuqaliya, Sinqapur, Türkiyə, Yeni Zelandiyanın prestijli top universitetləri daxildir. 

Azeri Student tələbələrə Dövlət Proqramına daxil olan universitetlər üçün müraciət xidməti də təklif edir. Dövlət proqramına daxil olan universitetlərin siyahısı, TOP reytinqli universitetlərə qəbul və müraciət qaydaları haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, elə indi qeydiyyatdan keçin. 

 


Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 5122828 / 050 2540327 / 050 2917900

E-mail ünvanı: [email protected]

 

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil Almış Tələbəmizdən Məsləhətlər

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər