Dubayda Britaniya keyfiyyətində təhsil al + endirim qazan! - GÖRÜŞ

13

Aprel

  • Tarix: 13/04/2021 19:00 - 13/04/2021 20:00
  • Məkan: Online

Hər kəsi 13 Aprel, saat 19:00-da Böyük Britaniyanın TOP 40 ən yaxşı universitetləri sırasında yer alan Heriot Watt Universitetinin Dubay kampusunun rəsmi nümayəndələri ilə görüşə qatılmağa dəvət edirik!

Dünyanın ən prestijli istirahət mərkəzinin hara olduğunu soruşsaq, yəgin ki, bir çoxlarının ağlına gələn ilk şəhər Dubay olacaq. Sürətli inkişaf Dubayı ən böyük və varlı meqapolisə çevirməyə davam edir. Lakin müxtəlif ölkələrdən olan gəncləri bu şəhərə yalnız istirahət və əyləncə deyil, həm də təhsil imkanları cəlb etməkdədir. Hər il yüzlərlə əcnəbi tələbə keyfiyyətli ali təhsil və bütün dünyada tanınanacaq diplom əldə etmək üçün məhz Birləşmiş Ərəb Əmirliklərinə üz tutur. Əgər siz də BƏƏ universitetlərindən birinin tələbəsi adını daşımaq arzusundasınızsa o zaman düzgün səhifədəsiniz!

 

Dubayın mərkəzində İngiltərə səviyyəsində təhsil almaq istəyən hər kəsi 13 Aprel, saat 19:00-da Böyük Britaniyanın TOP 40 ən yaxşı universitetləri sırasında yer alan Heriot Watt Universitetinin Dubay kampusunun rəsmi nümayəndələri ilə görüşə qatılmağa dəvət edirik! Görüş iki hissəsədən ibarət olacaq: qısa prezentasiyadan sonra siz birbaşa nümayəndələrə öz suallarınızı ünvanlaya biləcəksiniz. Görüşə qatılmaq üçün yeganə tələb qeydiyyatdır. Qeydiyyatdan keçdikdən sonra sizə xüsusi ZOOM linki göndəriləcək.

 

1821-ci ildə əsası qoyulmuş Heriot Watt dövlət tədqiqat universiteti Şotlandiyanın paytaxtında yerləşir. Dubay kampusunun əsası isə 2005-ci ildə qoyulmuşdur. Heriot Watt University:

  • Birləşmiş Krallığın TOP-35 ali təhsil müəssisələri sırasında yer alır
  • BƏƏ kampusu təhsil alan əcnəbi tələbə sayına görə Dubayda 7-ci yerdə qərarlaşır
  • Britaniyanın 8-ci ən qədim universitetlərindən sayılır
  • Universitet daxilində Avropada 2-ci olan texnopark fəaliyyət göstərməkdədir
  • The Guardian reytinq sıralamasına əsasən universitet urban planning və housing planning sahələri üzrə tədris keyfiyyətinə görə 2-ci, finance üzrə isə 3-cü yerdədir

 

Heriot Watt Dubai filialında bütün nəzəri və praktik dərslər BƏƏ-yə universitetin baş kampusundan yönləndirilən professorlar tərəfindən tədris olunur. Və təhsil sonunda, məzunlar oxuduqları şəhərin yeri qeyd olunmadan beynəlxalq Heriot Watt University diplomu qazanırlar. Heriot Watt University, Dubai kampusunun ən məşhur ixtisasları:

  • Oil Production
  • Mechanical Engineering
  • Building
  • Energy Management
  • Information Technology

 

Təklif olunan proqramlar:

  • Bakalavr
  • Magistratura

 

DİQQƏT!

Qeyd edək ki, Heriot Watt Dubai Azeri Student tələbələrinə özəl olaraq xüsusi güzəşt kampaniyasına start vermişdir. 30 Aprel tarixinədək universitetə sənədlərini göndərən tələbələri tam 8000 AED dəyərində endirim gözləyir! Odur ki, görüş şansını qaçırmayın əziz tələbələr və bu və digər detallarla bağlı bütün suallarınıza ən doğru cavabı universitetin rəsmi nümayəndələrindən əldə edin!

 

Tarix: 13 Aprel, saat 19:00-da

Məkan: online (İştirak üçün qeydiyyat mütləqdir!)

 

Ünvan:

Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər