Dünyada fərq yaradacağınıza inanın! - SCHOLARSHIP

30

İyun

  • Tarix: 30/06/2021 10:00 - 30/06/2021 19:00
  • Məkan: Nobel pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

Ali təhsilinizi cəmiyyətə həqiqətən dəyər verən və xəyallarınıza inanan bir Kanada universitetində oxumaq istərdinizmi? Cavabınızın müsbət olacağına əminik. Elə isə gəlin sizi Wilfrid Laurier University ilə tanış edək.

Laurier, ixtisasların, peşələrin və sənayelərin davamlı olaraq yenidən təyin olunduğu bir dünyada sizi uğur qazanmağa hazırlayacaq. Buradakı tələbə təcrübənizin hər istiqaməti karyeranızı qurmağa kömək edəcək. Universitet tələbələrdə liderlik xüsusiyyətləri aşılayaraq, onları gələcək həyat təcrübələri üçün ilhamlandırır. Laurier tələbələrə sadəcə bir universitet dərəcəsi qazandırmaqla kifayətlənmir. Onlar üçün təhsil, bir həyat formalaşdırmaq, bir cəmiyyət qurmaq və bir dəyişiklik yaratmaq üçün gələcəyin açarıdır.

 

Waterloo və Brantfordda olmaqla 6 kampusu olan Wilfrid Laurier University’də 20.000 tələbə təhsil alır. Universitet 80-dən çox bakalavr proqramı təklif edir. Tələbə məmnuniyyətinə görə ən yaxşı 5 Kanada universitetindən biridir. Eləcə də məktəbdənkənar fəaliyyətə görə də TOP 5’liyə daxil edilmişdir.

 

Wilfrid Laurier International College’nin proqramları və tədris yanaşması beynəlxalq tələbələrə universitet təhsillərinə tam hazır olmaq və Wilfrid Laurier University’nə rahat keçid etmək imkanı verir. Həm akademik, həm də sinifdən kənar proqramları tələbələrə dərsdən əlavə gəzməyə, dünyagörüşlərini artırmağa şərait yaradır.

 

Scholarships

Elə indi Wilfrid Laurier International College’nə müraciət edərək və 7500 dollaradək ENDİRİM almaq şansı qazanın. İki növ scholarship proqramı mövcuddur:

 

$3,000 WLIC FIRST SCHOLARSHIP

Bu ENDİRİM WLIC təkliflərini 30 iyun 2021-ci il tarixindən əvvəl qəbul edən tələbələr üçün nəzərdə tutulub.

 

$7,500 AMBASSADOR SCHOLARSHIP

Bu ENDİRİM WLIC’də izlərini qoymaq istəyən və təcrübələrini WLIC’də bölüşmək istəyən tələbələr üçün nəzərdə tutulub. Scholarship’i qazananlar WLIC tələbəsi olduqları müddətdə WLIC marketinq və tanıtım tədbirlərində iştirak etməlidirlər. Buraya videolar yaratmaq, seminarlarda iştirak etmək, WLIC’in sosial mediada tanıtımı kimi fəaliyyətlər daxil ola bilər. Universitet 2021-ci il sentyabr ayı üçün WLIC daxil olmaqla Kanadadakı 4 universitetin hamısına tələbə qəbuluna davam edir.

 

Dostlar, əlavə məlumat üçün bizə müraciət edərək ENDİRİM proqramı və universitetə qəbul qaydaları haqqında ətraflı öyrənə bilərsiniz. Endirimlər məhduddur, müraciət üçün tələsin!

 

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər