22
Fevral
Bu görüşdə siz dövlət proqramında sadalanan ən qabaqcıl İngiltərə, Amerika, Canada, Avstraliya və Türkiyə universitetlərinin bir qismi ilə üz-üzə söhbət imkanı və “2019-2023-cü illər üçün Doktorantura Dövlət Proqramı” haqqında geniş prezentasiyada iştirak şansı əldə edəcəksiniz.
Əlavə olaraq qeyd edək ki, tədbirdə Azərbaycanın Kanada səfirliyinin Viza şöbəsi və Türkiyədəki ticarət şöbəsinin Baş Konsulluğu iştirak edəcək. Qonaqlarımız Ezgi Çelik Ünal, Vefa Atağ, Oscar Jacobs sizlərə Kanada təhsili və Viza prosesi ilə bağlı geniş məlumat verəcək və bütün suallarınızı cavablandıracaqlar.
Görüşdə iştirak üçün qeydiyyatdan keçmək mütləqdir! *Giriş sərbəstdir.
Bildiyiniz üzərə, Təhsil Nazirliyi açıqlayıb ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi həyata keçiriləcək. Proqramın müəyyən şərtləri var. Ən vacib məsələ isə ondan ibarətdir ki, dövlət proqramından yararlanmaq istəyən Azərbaycan vətəndaşları ilk öncə siyahıda sadalanan xarici universitetlərdən qəbul almalıdır. Onlar yalnız qəbul olunduğu halda bu proqrama müraciət edə bilərlər. Xatırladaq ki, sənəd qəbulu ildə iki dəfə keçiriləcək.
Dövlət proqramı üzrə aşağıdakı xərclər maliyyələşdirilir:
Dövlət proqramı çərçivəsində dünya reytinq sıralamasında ilk 500 ən nüfuzlu ali təhsil müəssisələrində təhsil təklif olunur. Azeri Student xaricdə təhsil şirkəti olaraq, sizə bu siyahıda sadalanan universitetlərin bir qisminə qəbul, viza və yataqxana işləmlərində yardımçı oluruq. Siyahı ilə tanış olun:
University of Glasgow
University of Bristol
University of Southampton
Durham University
Lancaster University
University of Exeter
Newcastle University
University of Leicester
University of St Andrews
University of Aberdeen
University of Sussex
Cardiff University
University of Liverpool
University of Reading
University of Essex
University of Surrey
Swansea University
Royal Holloway University of London
Heriot Watt University
Aberystwyth University
Brunel University London
Loughborough University
University of Portsmouth
Norhtumbria University
Swansea University
Colorado State University
George Mason University
Koç Universitesi
Bilkent Universitesi
Sabancı Universitesi
*Dövlət proqramına daxil olan ixtisaslar:
http://www.e-qanun.az/framework/42452
*Dövlət proqramına qəbul şərtləri ilə bağlı məlumat aşağıdakı linkdədir:
https://cabmin.gov.az/az/document/4074/
Phd proqramına müraciət etmək üçün aşağıdakı sənədlər tələb olunur:
xarici pasport
IELTS 7,0
research proposal (tədqiqat işi)
bakalavr və magistr diplomu
CV
2 və ya 3 tövsiyə məktubu
Dünyanın ən nüfüzlu universitetlərində təhsili davam etdirmək istəyən bütün gənc məzunlarımızı bu görüşdə görməyə şad olarıq! Hər b irinizi gözləyirik!
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.