Film dünyasının təhsil mərkəzi

06

Avqust

  • Tarix: 06/08/2021 10:00 - 06/08/2021 19:00
  • Məkan: 8 noyabr pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

Filmlər hissləri, arzuları və şüuraltımızı izah etmək üçün ən yaxşı vasitədir. Siz də öz hisslərinizi filmlər vasitəsilə izah etmək istəyirsinizsə bu şansı sizə Central Film School təqdim edir.

Central Film School , tələbələrə bədii povest və sənədli film çəkmə sahəsində praktiki təhsil imkanı verir. Azad ruhlu gənclərin hekayələrini film vasitəsilə insanlara çatdırmaları üçün lazım olan bacarıq və bilikləri öyrənməsini hədəfləyir. Film istehsalçılarını və ssenaristləri məzun olduqları andan etibarən İngiltərədə, eləcə də beynəlxalq arenada çalışmaları üçün hazırlayır.

2008 -ci ildə qurulan Central Film School, dünyanın hər yerindən gələn tələbələrə film sənayesində peşəkar olmaq üçün lazım olan bütün avadanlıqları təhsil müddətində təqdim edir. Tələbələrin hazırladıqları mükafatlı əsərlər, film təlimlərinin keyfiyyətini və məktəbdə inkişaf etdirilən bənzərsiz təlim sistemini əks etdirir. Hər bir tələbəyə misilsiz fərdi dəstək və peşə təhsili verməyi hədəfləyən məktəb, rəqabətli müsahibə və müraciət materialları əsasında tədris sistemi qurmuşdur.

Central Film School Magistr proqramlarının başlanğıc tarixi yavaş-yavaş yaxınlaşır, amma müraciət etmək üçün hələ də zamanınız var! CMS Magistr proqramları öz ixtisaslarını kino sahəsində inkişaf etdirmək istəyən və ya karyera yolunda dəyişiklik etmək istəyən tələbələr üçün əla fürsətdir.

 

MA in Filmmaking

MA in Filmmaking proqramı müstəqil kinorejissorları inkişaf etdirərək onları peşəkar film və televiziya sənayesi üçün hazırlayır. Burada təhsil aldığınız müddətdə aşağıdakı imtiyazlara sahib ola bilərsiniz.

 

  • Tələbələr təhsil müddətində çalışma imkanına sahibdirlər (təhsil müddətində həftədə 20 saat, tətildə isə tam zamanlı)

  • Tələbələr İngiltərə daxilində Student Route vizalarını uzada bilərlər

  • Tələbələrin IELTS UKVI nəticəsini təqdim etmələrinə ehtiyac yoxdur. CFS öz daxili dəyərləndirməsi ilə sizin dil bilik səviyyənizi yoxlayacaqdır.

  • Tələbələr sessiyalardan üç aya qədər əvvəl olan proqramları da əldə edə bilərlər.

  • 2021-ci ildə magistr və daha yüksək proqramlardan məzun olan tələbələr 2 il müddətində təhsil sonrası iş vizası ala biləcəklər.

 

New MA Screenwriting programme

Onlayn, part-time MA Screenwriting kursu, tələbələrə dünyanın hər yerindən təhsil alma imkanı verir. Tələbələr ssenarist kimi təhsil alarkən, işləmək imkanına da sahib olurlar. Bu kurs tələbələrə peşəkar ssenarist olaraq yaradıcı sektorlarda uğurlu bir karyera qurmaları üçün lazım olan platformaları, janrları və yazı bacarıqlarını tədris etmək məqsədi ilə hazırlanmışdır. Bu kurslar sizin gələcək nəsil kinorejissorlara uyğunlaşan bir düşüncə sahibi, yaradıcı və dəstəkləyici komanda oyunçusu olmağınıza kömək edəcəkdir.

 

Siz də təhsilinizi ən qabaqcıl FİLM məktəblərindən birində davam etdirmək istəyirsinizsə elə indi bizə müraciət edin. Təhsil bələdçiniz Azeri Student sizə dəstək olmağa hər zaman hazırdır!

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər