Fransada ingilis dilində təhsil imkanları - KEDGE Business School

04

İyun

  • Tarix: 04/06/2022 10:00 - 04/06/2022 19:35
  • Məkan: 8 November Ave, Azure Business Center 20th Floor, Office 135 Baku, Azerbaijan, AZ1025

Azeri Student tələbələrinə özəl Fransada ingilis dilində təhsil foundation və pre-master proqramları

KEDGE Business School Fransanın biznes proqramları üzrə ən böyük universitetidir. KEDGE’nin Paris, Marseille, Bordeaux və Toulon kimi canlı şəhərlərində yerləşən dörd əsas kampusu var.

KEDGE və ONCAMPUS Paris, şəhərin ən böyük biznes mərkəzlərinə çox yaxın ərazidə Lumière Building binasında yerləşir.

Bütün fəsillərdə füsunkar olan Parisi piyada gəzə bilər, həmçinin Eyfel qülləsindən Musée d'Orsay və Musée du Louvre’a qədər onun gözəl mənzərəsini və memarlığını şəhərin içindən axan Siena çayı boyunca qayıqla səyahət etməklə kəşf edə bilərsiniz.

Dünyada, biznes məktəblərinin sadəcə 1%-inin sahib olduğu üçlü akkreditasiyaya malikdir (AACSB, EQUIS, AMBA)

9 ən yaxşı Fransız biznes məktəbindən biridir (Financial Times 2021)

Biznesin idarə edilməsi sahəsində tədqiqat işi üzrə 2-ci ən yaxşı təhsil mərkəzi olaraq seçilmişdir (Shanghai World Global Ranking 2021)

Le Parisien Etudiant 2020-yə görə KEDGE bakalavr proqramları üzrə 2-ci yerdədir.

Ən populyar və mükafatlandırılan proqramlar:

  • Ranked 1st for MSc International Business (EdUniversal International 2022)
  • Ranked 2nd for MSc ISLI – Global Supply Chain Management (EdUniversal 2022)
  • Ranked 2nd for MSc International Sport & Event Management (EdUniversal 2022


Bundan əlavə KEDGE tələbələrin Google Ads və Google Analytics sertifikatları (French Tech 2021 Ranking) qazanmağa təşviq edildiyi MSc Digital Marketing & Sales proqramları üzrə birinci yerdədir.

 

Foundation Proqramları üzrə Giriş Tələbləri:

4.5 IELTS və ya ekvivalenti

Orta təhsil haqqında attestat (Attestat): - 5 ballıq sistem üzrə minimum orta qiymət 3.0

 

Beynəlxalq Pre-Master Proqramı üzrə Giriş Tələbləri:

5.0 IELTS və ya ekvivalenti

Bu proqrama qəbul olmaq üçün siz universitet bakalavr təhsilinizi və ya ekvivalentini uğurla tamamlamalısınız.

 

Təhsil haqqı:

26 sentyabr 2022 - 04 iyun 2023: € 18,765

 

Ətraflı məlumat üçün Azeri Student komandası əlaqə saxlaya bilərsiniz!


Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 2540327 / 050 2917900

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil Almış Tələbəmizdən Məsləhətlər

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər